DTX VASİF TALIBOVUN “İŞGƏNCƏ KRALI”NI HƏBS ETDİ! – Həbsdən çıxan sabiq nazir Penitensiar Xidmətin rəisini tutdurdu...

Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Həsənovu saxlayıb.

“AzPolitika.info”-ya Naxçıvandakı mənbələrdən daxil olan məlumata görə, general-mayor Tofiq Həsənov təxminən 20 gün əvvəl Naxçıvandan Bakıya çağırılaraq istintaqa cəlb olunub. İlkin ifadəsindən sonra general Bakını tərk etməmək şərtilə sərbəst buraxılıb. Ötən həftənin ortalarında yenidən istintaqa çağırılan T.Həsənov saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və Tofiq Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Mənbənin bildirdiyinə görə, general-mayor Tofiq Həsənov işgəncə və rüşvət ittihamları ilə həbs olunub.

Penitensiar Xidmətin rəisindən şikayət edənlərdən biri Naxçıvan MR-in sabiq Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovdur. T.Həsənov Vasif Talıbov və onun oğlu Seymur Talıbovun göstərişləri əsasında illərlə sabiq nazirə şəxsən işgəncə verib, onu dözülməz şəraitdə saxlayıb, həmçinin ləyaqətini alçaldan işlərə məcbur edib. Bundan başqa, T.Həsənov digər şəxslərin Böyükdüz həbsxanasına daxil olaraq Vəli Ələsgərova işgəncə verməsinə də şərait yaradıb. “Tofiq Həsənov Vəli Ələsgərova şəxsən işgəncə verirdi. Onu yüzlərlə dustağın gözü önündə ağır söyüşlərlə təhqir edir, yerə yıxıraraq ayağını boğazına sıxırdı. Həbsxanadakı ən ağır işləri V.Ələsgərova gördürür, yayın qızmar günlərində saatlarla günün altında saxlayırdı. İstintaqa ilk ifadəsindən sonra Tofiq Həsənov Vəli Ələsgərovun yanına minnətçilər göndərmiş, bağışlanmasını xahiş etmişdi. Lakin sabiq nazir onu bağışlamadı”, - məlumatlı mənbə deyir.

Tofiq Həsənov 19 sentyabr 2016-cı ildə - Vəli Ələsgərovun həmin ilin may ayındakı həbsindən az sonra Vasif Talıbovun sərəncamı əsasında Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

Bir il sonra – 2017-ci ilin noyabrında ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Bu illər ərzində T.Həsənov Vasif Talıbovun “işgəncə maşını”na sədaqətlə rəhbərlik edib. Penitensiar Xidmətin rəisinin dustaqlara və hətta öz əməkdaşlarına qarşı ifrat qəddarlığı haqda çoxsaylı ittihamlar var. Bundan başqa, Naxçıvandakı həbsxanada rüşvətə də geniş meydan verilib.

Vəli Ələsgərov isə 6 illik həbs və işgəncədən sonra ötən ilin sentyabr ayında Ali Məhkəmənin qərarı ilə azadlığa çıxıb. Sabiq nazirin gözlənilmədən azadlığa buraxılması Vasif Talıbovun “qələminin qırılmasının” ilk xəbərçisi idi. Belə görünür ki, V.Ələsgərov artıq düşmənlərindən qisas almağa da başlayıb.

Yeri gəlmişkən, Naxçıvan MR-in sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun gözlənilənlərin əksinə olaraq azadlığa buraxılmamasında da Vəli Ələsgərovun rolunun olduğu bildirilir. Ə.Əhmədov da V.Ələsgərovun düşmənlərindən biridir və deyilənə görə o da öz həmkarına şəxsən işgəncə verirmiş.

“AzPolitika.info”

635x100

Şərhlər

pensiyaçı 2023-02-05 09:59:56

Bu işgəncə monstorının CV-sinə cəhənnəmdə vakansiya var.

qaraguruh 2023-02-01 20:20:16

sisitem çoxdan çürüyüb--hə bəs necə kadrlar necə yerləşdirilir??-belə--qudalar, dayoğlu, bibioğlu və.s Kənd təsərrüfatı nazirliyində Bayandur AXA-nı sədrinin birinci mavini--ona gəncədə dərmanyeyən deyillər--bir qohumu icra hakimi o biri tutulan dekan ə qardaş noolube--belə kadr siasəti olar--harda vicdansız, danabaş, ağılsızları var dartıblar vəzifəyə--ayyyayyy

Cəmşid Dərələyəzli 2023-02-01 10:56:53

Bütün bu hallların gələcəkdə baş verməməsi üçün, bunun bir həll yolu var.. O da sistem dəyişikliyinə gedilməlidir. O sistem ki, Ölkə Başçısı da sistemin artıq köhnəldiyini bir zad özü də dilə gətirmişdir. Əslində bizdə sistem köhnəlməyib, çürüyüb demək olar ki. Ona görə də heç bir inzibati cəza və zindan baş verənləri önləmir.

Admin 2023-02-01 10:14:39

Qisas Qiyamətə Qalmaz. Bu Dunyada Bacarin Günah ,Pislik etmeyin .əvəzi alinir.

ƏNHU 2023-01-31 21:08:37

Hər kəsi bağışlamaq olar, təkcə insana işgəncə verən əzazildən savayı. İşgəncəni itətbiq edən əmri verəndən daha zalımdır. Bu cür əmri icra etməyə ALLAH bəndəsinin əli qalxmamalıdır.

Ramiz 2023-01-31 18:02:52

Azərbaycanda rüşvətə geniş yol verilməsi ,,, dünyada eşidilməz və sayılmaz duruma salıb.Rüşvət qanunu yaınız bir istiqamətdə işlədilir ki, buna da xırda məmurlar düçar olunurlar və qanun rüşvət verənləri nədənsə kənarda qoyur və tam tətbiq olunmur.

Qanqi 2023-01-31 17:14:04

Əhməd bu gün məni genera döyür amma sabah səni serjant döyəcək. Bu sözləri vaxti ilə Vəli Ələsgərov Əhməd Əhməıdova deyibmiş...

Eli 2023-01-31 16:56:13

Bu nece olur göresen her tesadüfi adama general rütbesi verilir?Axı belelerini bu tütbeye teqdim edenler xakqa hörmet etmirler bsşkarına deysin heç olmasa özlerine hörmet etsinler,axı şexsiyyet ve leyaqet çıx yüksek meghumdur.İndi bu emellerinin cezasını içeride onast çekecekdir.Allah gec eder güc eder.Heç vaxt mezlumların haqqı zalımlarda qalmır gec tez bir Kişi tapılır be meseleni edaletle hell edir.

Son yazılar