Pekin Rusiyanın Ukraynada apardığı müharibəni yaxından izləyir - Yens Stoltenberq

"Pekin Rusiyanın Ukraynada apardığı müharibəni yaxından izləyir".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Yaponiya Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Pekin bu müharibəni yaxından izləyir və gələcəkdə verəcəyi qərarlara təsir edə biləcək dərslər öyrənir.

“Bu gün Avropada baş verənlər sabah Şərqi Asiyada baş verə bilər.

Ona görə də biz azadlığın, demokratiyanın uğurunda qətiyyətli və həmrəy olmalıyıq", - Stoltenberq bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar