Menu

Ukrayna hakimiyyətində təmizləmələr və həbslər - Gömrükdə və vergidə əməliyyatlar keçirilir

01.02.2023, 15:28
Ukrayna hakimiyyətində təmizləmələr və həbslər - Gömrükdə və vergidə əməliyyatlar keçirilir

Son günlər Ukrayna hakimiyyətində istefalar, korrupsiya qalmaqalları, həbslər barədə xəbərlər xeyli artıb. Bu gün isə həmin prosesin növbəti dalğasına start verilib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, hakimiyyətin göstərişilə hüquq-mühafizə orqanları gömrük və vergi orqanlarında əməliyyatlara başlayıb. Bu barədə parlamentdəki hakim “Xalqın xidmətçisi” fraksiyasının başçısı David Araxamiya anons verib. O, bu gün Gömrük Xidmətinin bütün rəhbərliyinin istefaya göndəriləcəyini bildirib. Araxamiya həbslərin olacağını qeyd edib.

Paralel olaraq, vergi orqanlarında da axtarışlar və həbslər getdiyi bildirilir. Bundan başqa, Müdafiə Nazirliyinin bir sıra yüksək ranqlı təmsilçilərinə qarşı istintaq işləri aparıldığı məlum olub.

Həmçinin, tanınmış iş adamı İqor Kolomoyski, sabiq DİN başçısı Arsen Avakov və “Kiyevin boz kardinalı” kimi tanınan tikinti maqnatı, parlamentdəki rusiyayönümlü fraksiyanı təmsil edən Vadim Stoların evində və ofisində axtarışlar aparılıb.

Araxamiya deyib ki, “müharibə dövründə ölkə dəyişəcək, dəyişmək istəməyənlərə isə dövlət özü gəlib, dəyişmələrinə kömək edəcək”.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol