2022-ci il fevralın 23-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin diktator kimi özünün ölüm hökmünü imzalayıb. Siyasi baxımdan artıq o, ölmüşdür.
Bu fikri müsahibəsində keçmiş DTK əməkdaşı və rusiyalı kəşfiyyatçı Sergey Jirnov səsləndirib. O, qeyd edib ki, Putin pensiyaya getməli idi, amma 2022-ci ildə o, Qazaxıstan nümunəsini gördü və qorxdu («UNİAN»).
«2022-ci ildə Putin öz həyatında ən böyük axmaqlığı etdi. O, sakitcə, səssizcə istirahətə getməli idi, pensiyaçı olmalı və öz milyardları ilə yaşamalı idi. Amma 2022-ci ilin yanvarında Qazaxıstan onu qorxutdu. O, anladı ki, hətta hansısa elbası olarsa da, hansısa bir Tokayev gələcək, onu silkələyəcək, konstitusiyanı əksinə qaytaracaq, paytaxtın adını əksinə dəyişəcək. Seçki keçirəcək və ölkəni normal axara qaytaracaq. Putin bundan qorxdu və qət etdi: «Mənim heç nəyim qalmayacaq, xarici düşmənə qarşı müharibəyə başlamaqdan savayı yolum yoxdur» - Jirnov hesab edir.
Onun fikrincə, Putin artıq dövlət başçısı kimi mövcud deyil: «Bu barədə dünyanın əsas adamı deyib. Amerika Birləşmiş Ştatlarının Prezidenti onu hərbi cani və qəssab adlandırıb. Ukraynanın rəhbəri də göstərib ki, daha Putinlə heç bir danışıq olmayacaq. Tamam, Putin siyasi baxımdan mövcud deyil. O, artıq başı olmayan toyuqdur, hələ də qaçır, amma onun başı yoxdur».
AzPolitika.info


Şərhlər
Azpolitika.info saytı, niyə mənim yazdığım şərhi vermirsiz? Amma siyasətdən başı çıxmayanların şərhlərini verirsiz? Səbəbini bilirəm, səbəbi odur ki siz antirusiya mövqeyindəsiz, sizə həqiqət sərf eləmir, Rusiya bizim düşmənimiz ola bilər, hamımız Rusiyaya nifrət edə bilərik, amma Ukrayna məsələsində Rusiya haqlı mövqedədir, niyə bu müharibənin əsl səbəblərini yazmırsız? Zelenskinin kim olduğunu guya bilmirsiz? Mən diplomatam, sizin həqiqəti yazmadığınızı və qərbin tərəfini tutduğunuzu yaxşı bilirəm, dünyadan bixəbərləri aldada bilərsiz, amma mənim kimiləri yox, sizin Ərdoğana qarşı çevriliş olan gecə rəhbərliyinizin hansı mövqedə olduğunu da çox yaxşı xatırlayıram
Bu sözdə kəşfiyyatçı qərbin adamıdır və boş boş danışır, o qədər mənasız danışır ki müharibənin əsl səbəbini bilənlər bunun bu məntiqsiz, heç nəyə gərək olmayan fikirlərini məsxərəyə qoyub gülərlər, ay axmaq, sən bilirsən bayden kimdir? Necə yəni dünyanın əsas adamı? Demək lazımdır ki dünyanın şeytana qulluq edən ən əsas kukla prezidenti