Hansı ölkə Kremlin növbəti hədəfi ola bilər? - Putinin ətrafı işarə edir

Maya Sandunun şəxsində Moldovanın avropayönlü rəhbərliyi Rusiyanın xoşuna gəlmir.

Rusiya XİN başçısı Sergey Lavrov Kreml təbliğatçısı Dmitri Kiselyova müsahibəsində bəyan edib ki, Moldova Ukraynadan sonra guya, Qərbin təsiri altına düşüb.

Kiselyov Putinin əlaltısına birbaşa belə bir sual verib ki, hansı ölkə Rusiyanın növbəti «hədəfi» ola bilər - Qazaxıstan və Qırğızıstanı xatırladaraq. Amma Lavrov Moldovanı təhdid etməyə başlayıb («UNİAN»).

O, Moldovanın Prezidenti Maya Sandunu onda günahlandırıb ki, o, NATO-ya can atır və rumın vətəndaşlığına malikdir, buna görə də Rumıniya ilə birləşməyə hazırdır.

Lavrov bəyan edib ki, Sandu guya, Moldovada hakimiyyətə «kifayət qədər spesifik və qeyri-demokratik üsulla gəlib».

Kreml Moldovanın Qərblə münasibətlərinin yaxşılaşmasından ehtiyatlanır. Yaxınlarda Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Moldovanı «fəlakətlə» hədələyib - onun alyansla əməkdaşlığı səbəbilə.

2023-cü il yanvarın sonunda Moldova Prezidenti Maya Sandu dövlətin Şimali Atlantika Alyansı (NATO) ilə birləşməsini mümkün hesab edib - Rusiya Federasiyası tərəfindən edilən təhdidlər fonunda.

Bundan əvvəl Moldova XİN başçısı Niku Polesku əmin olduğunu bildirib ki, Ukraynaya qarşı müharibədə məğlubiyyətdən sonra Rusiya öz ordusunu Dnestryanıdan çıxaracaq.

Göründüyü kimi, Rusiya zəhərli ilan tək dörd bir tərəfə «fısıldayır» - müharibənin birini qurtarmamış bir neçəsi barədə «anons» edir. Bu, faşizm deyil, bəs nədir? Daha faşizmin arxasında lafet olmaz ki…

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar