PUTİNİN YENİ TƏHDİDİ: NƏ BAŞ VERƏ BİLƏR? – Ekspert 4 variantı mümkün sayır

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya tank tədarük edən Avropa ölkələrini nüvə silahı ilə təhdid edib. O, birbaşa kütləvi qırğın silahlarından istifadə olunacağını deməsə də Kremlin ona əl atacağına işarə vurub.

“Avropa ölkələrini məsuliyyətsizcəsinə Rusiya ilə yeni müharibəyə cəlb edənlər, görünür, başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq. Biz onların sərhədlərinə tank göndərmirik, lakin zirehli texnika təhlükəsi yaranarsa, Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək” –deyə, Kreml rəhbəri vurğulayıb.

Putinin “Rusiya ilə müharibə tamamilə fərqli olacaq” və “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək” sözlərini necə başa düşmək lazımdır?

Politoloq Elxan Şahinoğlu deyir ki, bir neçə variant mümkündür:

“Rusiya Ukraynaya qarşı total müharibəyə keçəcək, raket zərbələrinin coğrafiyasını genişləndirəcək;

Rusiya Qərb tankları Ukraynaya çatdırılana qədər onları Polşa-Ukrayna sərhədində raket zərbələri ilə məhv etməyə çalışacaq;

Rusiya Ukraynanın qonşularının, o cümlədən Polşa və Baltik ölkələrinin ərazilərindəki hərbi obyektləri hədəf seçəcək;

Rusiya ordusu Ukraynaya verilən tankların hücumları qarşısında geri çəkilərsə, Qərb ölkələrini yenə nüvə silahıyla təhdid edəcək”.

Politoloq hesab edir ki, Putin geri çəkilməyəcək. 

“Kreml sahibi hədəfinə çatmayana qədər Ukraynaya qarşı müharibəni davam etdirəcək. Ukraynaya verilən Qərb tankları Putinin işğal planlarına ciddi maneədir. O bu maneəni aşmaq üçün istənilən risqi planı həyata keçirməyə çalışacaq”, - E.Şahinoğlu vurğulayıb.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2023-02-03 17:43:16

Bu axmaq adamın sərsəmliyindən biz də əziyyət çəkəcəyik.Rusiyaya atılan nüvə silahları Xəzər dənizinə axan çasyları çirkləndirəcək.Radiasiyalı fauna isə çaylarımıza qədər üzüb gələcəklər.

Oxucu. 2023-02-03 13:04:30

Tam doğru.

Türk 2023-02-03 12:59:26

Putik 1-cə nüvə silahı işlətsə, Moskva ilə Leninqradı dağıdacaqlar və Rusiya dağılacaq. O birini atsa hər tərfdən Moskvaya Leninqrada raketlər buraxılacaq eyni zamanda təyyarələrlə də atılacaq

Son yazılar