Menu

Məktəbə edilən hücumların qarşısı alındı

17.11.2014, 09:22
Məktəbə edilən hücumların qarşısı alındı

Türkiyənin Şırnaq vilayətində etiraz aksiyaları qarşıdurmalara səbəb olub

Türkiyənin Şırnaq vilayətində hökumətə qarşı keçirilən etiraz aksiyaları sonda qarşıdurmalarla nəticələnib.

ANS PRESS-in məlumatına görə, Cizrə rayonunda baş tutan aksiya zamanı bir qrup fəal məktəbə hücum etməyə cəhd göstərib.

Təhlükəsizlik qüvvələrinin vəziyyətə müdaxiləsi tərəflər arasında zorakılıqların baş verməsinə səbəb olub. Etirazçılar polisə daş və yanıcı maddələrlə hücum ediblər. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb.

Etirazçıların PKK-nın bir qolu sayılan Yurdsevər İnqilabçı Hərəkatının üzvləri olduqları bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol