TƏBİİ FƏLAKƏT, YOXSA HAARP?... – “Atom silahının yerin dərinliyində işə salınması...”

Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində 7.7 və 7.6 maqnitudalı ardıcıl zəlzələlər nəticəsində ölkənin 10 şəhərində böyük dağıntılar və insan tələfatı qeydə alınıb. Bu hadisədən dərhal sonra Türkiyə mətbuatı və yerli KİV-lər, eləcə də sosial şəbəkə istifadəçiləri müxtəlif iddialar, “sui-qəsd nəzəriyyələri” və bu tip digər fikirlər səsləndirməyə başlayıblar. Bu iddialarda bildirilir ki, Türkiyədə baş verən zəlzələ təbii fəlakət yox, silah vasitəsilə, süni şəkildə törədilib. Daha dəqiq desək, bu arqumentin müdafiəçiləri təbii fəlakətin HAARP silahı vasitəsilə yaradıldığını iddia edirlər. 

Bəs HAARP nədir?

Açıq mənbələrdə qeyd olunur ki, HAARP - “High Frequency Active Solar Research Programme” (Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) ABŞ-ın Alyaska əyalətinin Gakon bölgəsində yerləşən elmi layihədir. HAARP texnologiyası adlı layihə 1993-cü ildə ABŞ hava-quru qüvvələrinin DARPA və Alyaska Fairbanks universitetinin rəhbərliyi ilə tədqiqat proqramı çərçivəsində yaradılıb. Layihənin 2007-ci ildə uğurla başa çatdığına dair məlumatlar var. 

Bu texnologiya IRI olaraq qısaldılan “ionosferin araşdırma avadanlıqları”, 180 ədəd olmaqla 22 metrlik ötürücüdən (antena-red) ibarət olub, 13 hektarlıq əraziya quraşdırılıb. Bu ötürücülərdən ayrılan yüksək tezlikli dalğalar ionosferin tədqiqi üçün istifadə olunur. Bu zaman göndərilən təqribi 3.6 meqavatlıq enerji ionosferi isidir və baş verən dəyişikliklər, VHF, UHF radar və qəbuledicilər, o cümlədən manyetometerlər vasitəsilə araşdırılır. Göndərilən enerji nəticəsində ionosferdə güclü enerjiyə malik dalğaların yarandığı bildirilir. Bu dalğaların gücü çox böyükdür deyə, istənilən bölgədə bağlantıların kəsilməsində, raketlərin və təyyarələrin uçuşunun sıradan çıxarılmasında, o cümlədən su altı vasitələrlə rabitə əlaqələrinin qurulmasında istifadə olunur. 

Bu layihədən silah kimi istifadə etmək mümkündürmü?

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, bu cür təbii fəlakətlərdən sonra tez-tez belə məsələlər müzakirə olunmağa başlayır: “Təbii ki, bütün bu iddialar “sui-qəsd nəzəriyyələri"dir. Belə bir silahın mövcud olması mümkün görünmür. Ən əsası isə bu iddiaların elmi əsaslandırması yoxdur”.

Ekspert qeyd edir ki, nəzəri olaraq atom silahının yerin dərinliyində yerləşdirilməsi və işə salınması nəticəsində bu cür tektonik hadisələr baş verə bilər: “Amma bu silahı müəyyən bir dərinliyə yerləşdirmək də texniki baxımdan mümkün deyil. Bu kimi müzakirələrin aparılması təbiidir. Çünki cəmiyyətdə hər zaman belə şeylərə maraq olub. Amma elmi cəhətdən bu sübuta yetirilmədiyi üçün, əsassız hesab olunur. Bu, təbii fəlakətdir. Sözügedən hadisənin hansısa ölkə tərəfindən həyata keçirilməsi kimi fikirlər əsassızdır”.

“Ancaq bir məsələni qeyd etmək istəyirəm ki, bu gün elmi-texnoloji inkişafa malik olan ölkələr başqa planetlərdə axtarışlar aparırlarsa, deməli, onlar gələcəkdə yer kürəsinin yaşanılacaq bir bölgə olmayacağından əmindirlər. Bu dövlətlər bilirlər ki, gələcəkdə təbii fəlakətlər, atom silahından istifadə və digər bu kimi hadisələr nəticəsində yerdə həyat sona çatacaq. Ona görə də hazırkı axtarışlar bu məsələlərin üzərində qurulub”, - deyə ekspert bildirib.

Ehtiyatda olan türkiyəli general Yücel Karauz da “AzPolitika.info”-ya şərhində bildirib ki, sözügedən silahın mövcudluğuyla bağlı heç bir məlumat yoxdur.

Ekspert Türkiyədə baş verən hadisənin təbii fəlakət olduğunu, elmi cəhətdən bu cür iddiaların sübuta yetirilmədiyini bildirib.

HAARP texnologiyası bu cür təbii fəlakətlərə səbəb ola bilərmi?

Bir sıra məlumatlara görə, HAARP vasitəsilə iqlim dəyişiklikləri etmək mümkündür. Bu barədə bildirilir ki, mütəxəssislər vaxtilə HAARP vasitəsilə müəyyən bir ərazidə xırda yağıntılar, buludlarda süni şəkilləndirmələr edə biliblər. Ona görə də insanlar belə düşünürlər ki, HAARP vasitəsilə süni zəlzələlər də yaratmaq mümkündür. Bəli, HAARP birbaşa ionosferə təsir etdiyindən, atmosferdə müəyyən dəyişikliklər yarada bilər, amma zəlzələ iddiası tamamilə absurddur. Çünki tektonik hərəkətlər meydana gətirmək üçün, yerin dərin qatlarına inanılmaz dərəcədə yüksək təsir göstərmək lazımdır. Bu isə hazırkı texnologiyalarla mümkün görünmür.

Amma bununla belə, “sui-qəsd nəzəriyyələri”nə görə, HAARP layihəsi süni zəlzələ yaratmaq, müəyyən ərazidə əlaqəni kəsmək, elektron cihazların işini dayandırmaq, kiçik parçalara ayıraraq böyük zəlzələlərin qarşısını almaq, iqlim şəraitinə müdaxilə etmək kimi əməliyyatlar üçün də istifadə edilir. Məsələn, illər əvvəl məşhur geofiziklərdən biri, professor Gordon Macdonald HAARP-ın çox güclü bir texnologiya olduğunu, onunla bir sıra inanılmaz dəyişikliklər edilə biləcəyini demişdi. Həmin dəyişikliklər bunlardır:

- Qütblər əridilə və ya yerindən oynadıla bilər;

- Ozon təbəqəsinə müdaxilə etmək olar;

- Zəlzələ yaradıla bilər;

- Okean dalğalarını idarə etmək olar;

- Dünyanın enerji sahələrinə müdaxilə edərək, insan beynini idarə etmək olar;

- Radiasiya yaymayan termonüvə partlayışı etmək olar.

Təbii ki, bu sadalananlar elmi baxımdan sübuta yetirilməyən teorilərdir. Lakin bu, elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə bu cür nəzəriyyələrin gələcəkdə reallaşmayacağı anlamına da gəlməməlidir...

E. Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Mushayetci. 2023-02-09 23:41:26

Bu nezeriyye gizli heyata kecirilsede, neticede hadisenin qeyri-tebii oldugunu deqiqleshdirmek de olar, axi nezeriyyenin movcudlugu aydindir. Ancaq, bu mesuliyyete kirishmek o qederde mumkun olan deyil.

kim 2023-02-08 19:21:25

Gizlədilən bir şeyi elm necə sübut etməlidir? Sui-qəsd nəzəriyyələri anlayışını CİA ortaya atıb, gizli məsələləri ortaya çıxarmaq istəyən adamları diskreditasiya etmək üçün. İlk dəfə Kennedinin ölümü ilə bağlı sui-qəsd nəzəriyyəsi anlayışından istifadə ediblər.

Son yazılar