ZƏLZƏLƏ DƏMİR YOLLARINI BU HALA SALIB – "Bu, yerin hansı istiqamətə doğru sürüşdüyünü göstərir" (VİDEO)

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ dəmir yolu xəttlərinə də böyük ölçüdə ziyan vurub.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələ nəticəsində aktiv qırılma xəttindəki qatar relsləri əyilib, yararsız hala düşüb.

Bu barədə açıqlama verən türkiyəli professor Şükrü Ersoy bildirib ki, bu hadisə gələcək araşdırmalar üçün böyük önəm kəsb edə bilər.

“Tektonik lay dəmir yoluyla qarşılaşıb və onu qıra bilmədiyindən, bu formada əyib. Bu, həm də yerin hansı istiqamətə doğru sürüşdüyünü göstərir və çox dəyərli bir məlumatdır”, - deyə o, bildirib. 

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar