Menu

Zəlzələ bölgəsində möcüzələr davam edir – 2 aylıq körpə 128 saat sonra dağıntılar altından sağ çıxarıldı + VİDEOLAR

11.02.2023, 15:32
Zəlzələ bölgəsində möcüzələr davam edir – 2 aylıq körpə 128 saat sonra dağıntılar altından sağ çıxarıldı + VİDEOLAR

Hatayda 2 aylıq körpə 128 saatdan sonra dağıntılar altından xilas edilib.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hatayın Antakya bölgəsində dağılmış binanın altında qalan azyaşlı axtarış-xialsetmə qrupları tərəfindən sağ çıxarılıb.

Zəlzələnin 128-ci saatında xilas edilən körpə təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, sevindirici  xəbərlərdən biri təbii fəlakətin episentri olan Kahramanmaraşdan gəlib. Zəlzələdən 122 saat sonra 70 yaşlı Menekşe Tabak dağıntılar altından sağ çıxarılıb. Qadın çıxarkən: “Dünya varmı?” - deyə soruşub. Xilasedicilər: “Var, xala, var”, - deyə cavab veriblər.

Zəlzələdən 116 saat sonra dağıntılar altında qalan 8 yaşlı Rıdvan Çakıroğlunun da şad xəbəri yayılıb. Balaca Rıdvan qrupların səyi nəticəsində xilas edilib.

Bundan başqa jandarm personalı ilə axtarış-xilasetmə qruplarının birgə işi nəticəsində 70 yaşlı müəllimə Günkaya 116 saat sonra Hatayda dağıntılar altından çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol