Menu

Azərbaycan Türkiyəyə stasionar generatorlar göndərib - FOTOLAR

12.02.2023, 11:19
Azərbaycan Türkiyəyə stasionar generatorlar göndərib - FOTOLAR

Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.

Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol