Menu

Qobustan xəstəxanasında 7 yaşlı uşaq əməliyyatdan öncə ölüb

14.02.2023, 10:31
Qobustan xəstəxanasında 7 yaşlı uşaq əməliyyatdan öncə ölüb

Qobustan Rayon Mərkəzi Xəstəxanasında 7 yaşlı uşağın əməliyyatdan öncə ölümü ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat xidməti "Report"un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Qeyd edilib ki, fevralın 13-də 2016-cı il təvəllüdlü Yağmur Məmmədovanın Qobustan Rayon Mərkəzi xəstəxanasında cərrahi əməliyyatdan öncə ölməsi faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol