TORPAĞI İRANA VERİLƏN KƏNDDƏN REPORTAJ – “Talıbov gələndə bizi tövləyə doldururdular...” (VİDEO)

Bu ilin yanvarında “AzPolitika.info” saytı Naxçıvan Muxtar Respublikasının (NMR) keçmiş rəhbərliyi tərəfindən Araz çayı yatağının süni şəkildə dəyişdirilərək Şərur rayon Ərəbyengicə kəndinin ərazisindən 21 hektar torpağın qonşu İran İslam Respublikasına (İİR) verilməsi ilə bağlı araşdırma dərc etmişdi. Geniş rezonans doğuran araşdırmada qaldırılan problemlə bağlı Dövlət Sərhəd Xidməti açıqlama yayaraq dövlət sərhədlərinin qonşu ölkənin xeyrinə dəyişdirilməsi ilə bağlı fakta konkretlikdən uzaq, dolaşıq bir münasibət bildirmişdi.

“AzPolitika.info”nun üzə çıxardığı məsələ bu günlərdə yenidən gündəmə gəlib. “Toplum.tv”-nin əməkdaşları ilə söhbət edən kənd sakinləri saytımızın məlumatlarını təsdiq ediblər. Coğrafiya üzrə fəlsəfə doktoru, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Mirnux İsmayılov da deyib ki, Araz çayının yatağı süni şəkildə dəyişdirilib....

Onların fikirlərini təqdim etməzdən əvvəl sözgedən problemı qısaca olaraq xatırladaq:

Təxminən 2 il əvvəl Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İranın ağır texnikası bizim tərəfə keçirilərək, yeni kanal açılıb, bundan sonra Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdəki bu kanala yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

“Dövlət sərhədi haqqında” Qanunun 3-cü maddəsinin 3-cü bəndinə görə, çaylarda dövlət sərhədi onların ortası və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Azərbaycanla İran sərhəddi demarkasiya və delimitasiya edilərkən də bu prinsip əsas götürülüb - Araz çayının ortası dövlət sərhəd xətti kimi müəyyən olunub.

“AzPolitika.info” araşdırıb ki, internetdə rəsmi və qeyri-rəsmi bütün mənbələrdəki xəritələrdə sözügedən 21 hektar Azərbaycan dövlətinin ərazisi kimi görünür. Habelə, iki il əvvəl peykdən çəkilən fotolarda da həmin yerin Azərbaycan Respublikasının ərazi hüdudlarına daxil olduğu aydın görünür. Naxçıvan rəhbərliyi ilə İran arasında il yarım əvvəl mahiyyəti qaranlıq olan sövdələşmədən sonra isə tamamilə fərqli mənzərə ortaya çıxıb. Belə ki, Google.map-dan çəkilən bu fotolarda 21 hektarlıq ərazinin artıq İran İİR-a məxsus olduğu göstərilir.

Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Həmin maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Ərəbyengicə kənd sakini, 75 yaşlı Əli Seyidov “Toplum.tv”-yə deyib ki, kəndin 20 hektar ərazisinin İrana satıldığını eşidib. O, jurnalistin “sakinlərin icazəsi olmadan bu necə baş verə bilər” sualına belə cavab verib: “Sakinlər kim idi ki? Onlardan biri mən. (Əli ilə ağzını tutur-red.) Onda heç danışa bilmirdik. Onlar gələndə bizi qatırdılar tövləyə, amandı nazir gəlir... Biz onu öldürəcəkdik, yoxsa yeyəcəkdik?!”

Tarix müəllimi Cavad Abdullayev isə deyib ki, haqqında danışılan torpaqlar bir zamanlar kəndin örüş yerləri olub: “Ora Arpaçayın Araza töküldüyü yerdir. Heyvandarlıq üçün çox əlverişlidir. Bir neçə il əvvəl eşitdik ki, oradan səs gəlir. Ora gedənlərdən öyrəndim ki, Arazın səmtini dəyişirlər. Çayı biz tərəfə atırlar, səbəbini də heç kim bilmir. Panton körpü saldılar, İrandan maşınlar bu tərəfə keçdi. Başladılar biz tərəfi qazmağa. Sonra öz tərəflərinə daş-torpaq tökdülər. Nəticədə 21 hektar ən yaxşı torpaqlarımızı verildi onlara...”

Coğrafiya üzrə fəlsəfə doktoru Mirnux İsmayılov isə deyir ki, Araz çayının Azərbaycan sahili dik olduğuna görə torpaqların təbii fəlakət nəticəsində İran tərəfi keçməsi inandırıcı deyil. Onun sözlərinə görə, sərhəd məqsədli şəkildə, hansısa maraqlar xatirinə belə dəyişdirilib.

Hüquqşünas Ələsgər Əhmədoğlu bu barədə “Feysbuk” səhifəsində yazıb: “Naxçıvan MR-nın Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində Araz çayının yeri dəyişdirilərək Talıbovun İrana "hədiyyə" etdiyi iddia edilən 30 hektar torpağın Google Earth görüntüləri açıq şəkildə göstərir ki, 2019-cu ilədək Azərbaycanın ərazisi olan və Şərurlular tərəfindən istifadə edilən otlaq sahələri İrana keçib. İran tərəfi Arazın əsas axınının yatağının üzərini doldurub, həmin əraziyə körpü (torpaq yol) salıb və Azərbaycan tərəfin otlaqlarını qazaraq yeni axıntıya yer yaradıb.

Bu konstitusion cinayətdir və dərhal Baş Prokurorluq bu məsələni nəzarətə götürüb, peyk görüntülərini xüsusi ilə 2019-dan sonrakı dövrləri incələyib, insan müdaxiləsini aydın sübut etməli və bu ərazilər əvvəlki 2019-cu ildəki yerinə qaytarılmalıdır”.

Ətraflı videoda:


635x100

Şərhlər

Camaat 2023-03-18 22:08:48

antimilli ünsürləri quduzlaşmış tayfası ilə birlikdə çürütmək lazımdır.

Həbib Əliyev, hüquqşünas 2023-02-15 10:09:48

Vətən torpağını satanların bir neçə adı var - binamus, şərəfsiz və sair.

joze 2023-02-15 09:33:52

indiden sonra ne qeder isteyirsiz reportaj hazirlayin.bu boyda torpaq verilir hec kesin xeberi olmayib.inannin .........

kohne 2023-02-15 00:04:09

indi doldurmayacaqlar tövleye.....açib buraxacaqlar....

qaraguruh 2023-02-14 23:32:45

по этому власть как нижнее белье-ее нужно регулярно менять, чтобы не было предательство

qaraguruh 2023-02-14 23:23:18

он не наказан за свой гнев--он наказан сваим же гневом--как и захлебнулься своим же ядом

Rasim Quliyev 2023-02-14 22:53:20

Vasif Talibinyan

Şəhriyar 2023-02-14 19:33:52

Vasif getdikdən sonra yazmağa hunəriniz çatır. Vaxtında yazardınız. Bu məsələ doğrudursa burda bir neçə nazir getməlidir. Çünki göz yumulub.

Roma 2023-02-14 17:02:06

Kimliyindən asılı olmayaraq bu məsələdə kimin əli varsa dərhal ağır cəzalandırılmalıdır. Bu da sovet vaxtı deyil ki, moskva təsir edə zor-güc əlindən ala...toyuğ oğrusuna 5-10 il iş verirlər, burada Dövlətin, Vətənin, Millətin, Xalqın torpağından söhbət gedir və heç kimin səlahiyyəti çatmır belə hərəkətə...

oiüje 2023-02-14 16:01:53

hansısa... torpaq paylayır. dövlət nə ...günündədir.

Azad Dərkənarı 2023-02-14 15:56:21

Hələ Katib K.Bağırovdan başlayaraq bir neçə formal liderimizə_*Hakimiyyəti ver, Qarabağı biz azad edək!* notu verənlərdən hələ heç biri gedib, Şuşa istisna olmaqla yuxarı Qarabağa-kütləvi azərbaycanlı məzarlarını ziyarətə belə gedə bilməyiblər? Cənubda da digəri *satılırmış*?

Mubariz 2023-02-14 15:36:45

AzPolitika sizlır elə bilirdiz ki , DSX məlumatı təsdiqləyəcək ? İndi Vaso vəzifədə deyil ,ona görə hər şey açılır

Son yazılar