Kahramanmaraş mərkəzli zəlzələnin 209-cu saatında Hatay vilayətinin Antakya rayonunda dağıntılar altında qalan ər və arvad xilas edilib.
"AzPolitika.info" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Antakyanın Fatih məhəlləsindəki binanın dağıntıları altında qalan əcnəbi vətəndaşlar Faez Qanamı və onun həyat yoldaşı Fatma Qanamı Kocaəli Böyükşəhər Bələdiyyəsindən olan axtarış-xilasetmə qrupu tərəfindən xilas ediliblər.
Dağıntılar altından çıxarılan ər- arvad xəstəxanaya aparılıb.
Həmin görüntüləri təqdim edirik:


Şərhlər