“YATMIŞ NƏHƏNG OYANIB, İNTİQAMI DƏHŞƏTLİ OLACAQ...” – ABŞ Avropaya ağır texnika daşıyır (FOTOLAR)

“ABŞ-ın hərbi maşını hərəkətə gəlib. ABŞ-ın Avropaya göndərdiyi hərbi texnikanı daşıyan ilk bərə ötən gün Almaniyanın Bremerhaven limanına yan alıb. Bərədə 90 ədəd “Stryker” zirehli döyüş maşını, 60 ədəd piyadaların döyüş maşını olmaqla 440 ədəd müxtəlif növ hərbi texnika olub. Bu, Ukraynaya və digər müttəfiqlərinə dəstək üçün ABŞ-ın Avropaya göndərdiyi 1250 ədədlik hərbi texnikanın ilk hissəsidir. Digər texnikaları gətirən daha iki bərə Avropa sahillərinə yaxınlaşmaqdadır”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Xəqani Cəfərli “Feysbuk” səhifəsində paylaşıb.

Ekspert bildirir ki, İkinci Dünya Müharibəsi illərində Yaponiya İmperiyasının Birləşmiş Donanmasının Baş Komandanı olmuş Yaponiya Hərbi Dəniz Qüvvələrinin marşalı İsoroku Yamamotoya aid edilən məşhur ifadə Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı ABŞ-ın reaksiyasını ən dolğun şəkildə əks etdirir: “Pearl Harbora hücumdan sonra marşal İsoroku Yamamotonun belə dediyi iddia olunur: “Qorxuram ki, bütün gördüyümüz iş yuxuda olan nəhəngi oyatmaqdan ibarət oldu. İndi onun intiqamı dəhşətli olacaq”. Mixail Qorbaçovun ABŞ-a səfərindən sonra Vaşinqtonun Moskvaya münasibəti dəyişmiş, Ağ Ev Kremli tərəfdaşı kimi görməyə başlamış və dərin yuxuya getmişdi. Putin ötən ilin fevralın 24-də Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlamaqla və ABŞ-ı təhdid etməklə yatmış nəhəngi oyadıb. İndi onun intiqamı dəhşətli olacaq. Rusiyanın faciəsi isə ondan ibarətdir ki, marşal İsoroku Yamamotodan fərqli olaraq polkovnik-leytenant Putin bunu anlamayıb”.

Rasim Əliyev

“AzPolitika.info”




635x100

Şərhlər

Azər 2023-02-16 17:43:37

Bu yuxarıda yazan miki adlı məxluq kəsin rus agentidir!

Turan 2023-02-15 18:20:26

Deyəsən burda Rusiyanın agentləru at oynadır. Yadınızda saxlayın ki Rusiya yuxarıdan gələn əmrlə tikı-tikə sökülür. Yoxsa yuxarıdakıların Qərbdəki vəsaitlərinə əl qoyulacaq.

t.ədalət 2023-02-15 14:18:39

ABŞ bunu nə qədər tez eləsə satqınların da sonu gəlib çatardı.

Miki 2023-02-15 12:37:15

Onlar hamısı yanacaq məhv olacaq böyük rusiya onları quş kimi ovluyacaq amerika rusiya ilə suriya və liviyanı səhv salıb

Cəmşid Dərələyəzli 2023-02-15 12:35:08

O nehenh dediyiniz ABŞ deyildi Əfqanstana girb beş -on dağ çapulçusu ilə baş ede bilmedi. Unutmayın bu dəgə Avropanın serhed ölkelerinde her hansı bir təxribata el atsa bu defe ABŞ özü vurulacaq, özü de öz ərazisində.

Mubariz 2023-02-15 12:18:10

Təkcə Yatmış nəhəng yox , Avropada yuxudan ayıldı ,mənim isə Marqoya yazığım gəlir ,yenicə uşaq ( məxluq) doğmuşdu ,Putler rus mədəniyyətinin inkişafına görə medalı verib .Yazıq ruslar ,gör mədəniyyətlərini kimlər inkişaf etdirir

Son yazılar