Menu

“Əl-Qaidə”yə yeni lider seçilib

15.02.2023, 15:22
“Əl-Qaidə”yə yeni lider seçilib

“Əl-Qaidə” terror təşkilatının yeni lideri Saif Əl-Adil seçilib.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın "1TV" telekanalı BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə"yə qarşı sanksiyalar üzrə komitəsinin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, o Misir vətəndaşıdır, 62 yaşı var və hazırda İrandadır.

Xatırladaq ki, “Əl-Qaidə”nin sabiq lideri Ayman əz-Zəvahiri hesab olunurdu. ABŞ hökuməti ötən ilin 2 avqustunda onun məhv edildiyini bildirmişdi və qeyd olunmuşdu ki, iyulun 31-də Kabildə pilotsuz uçuş aparatından iki “Hellfire” raketi, içində terror təşkilatının lideri olduğu güman edilən evə atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol