DEMƏYƏ SÖZÜ, DANIŞMAĞA ÜZÜ OLMAMALI “LİDERLƏR”... - Eyni gündə Bayden Varşavada, Putinsə Moskvada nədən danışacaq?

Məlum olduğu kimi, fevralın 21-də Vladimir Putinin Rusiya Federal Məclisinə gecikmiş də olsa, ənənəvi illik müraciəti olacaq. Bu gün məlum olub ki, eyni gündə də ABŞ Prezidenti Co Baydenin Varşavada çıxışı baş tutacaq. Baydenin 20-22 fevralda Polşaya səfəri gözlənilir və belə görünür ki, həmin səfər çərçivəsində ABŞ Prezidenti əsas çıxışını məhz fevralın 21-ə, Putinlə eyni günə təyin edib. Ümumilikdə isə hər iki çıxış həm də simvolik xarakter daşıyacaq və Ukraynada davam edən savaşın ildönümünə həsr olunacaq...

Əslində isə Ukraynada başlayan və bir ildir davam edən müharibə nə Putinin, nə də Baydenin “dünya lideri”, yaxud “tarixi şəxsiyyət” və s. bu kimi adlara, statuslara layiq olmadıqlarını göstərdi. Hər iki lider həm Ukraynaya böyük faciələr, dağıntılar gətirən, həm Avropanı, həm Rusiyanı, həm də bütövlükdə dünyanı olduqca çətin diuruma salan, təkcə iqtisadi, siyasi, hərbi və s. deyil, həm də mənəvi böhran yaradan, dünyanı nüvə fəlakəti təhlükəsilə üz-üzə qoyan bu müharibənin baş verməməsi üçün öncədən heç bir ciddi səy göstərmədilər. Bunun nəticəsidir ki, artıq bir ildir Ukraynada qan axıdılır və bütün bəşəriyyət bundan ziyan görür.

Heç biri yumşaq desək, cavan olmayan bu liderlər - biri boyunu aşan eybəcər, qeyri-insani hikkəsi, digəri isə qətiyyətsizliyi, iradəsizliyi və ziyanlı hiyləgərliyi ilə hazırda yüz minlərlə, belə getsə, hətta milyonlarla gəncin həyatını, gələcəyini qaranlığa çevirəcək bir savaşın fitilini yandırmış oldular...

Hələ ilk başdan ABŞ və onun indiki rəhbərliyi bir növ müharibənin başlamasında maraqlı tərəf təsiri bağışladı. Savaşdan aylar öncə Bayden başda olmaqla, ABŞ rəhbərliyi Ukraynanı xəbərdar etməyə başladı, dəfələrlə məlum bəyanatlarla, kəşfiyyat məlumatları ilə çıxış etdi.

Ancaq Rusiyanı real olaraq dayandırmaq üçün heç bir ciddi addım atmadı. Hansı ki, bunun üçün saysız-hesabsız siyasi, hərbi, iqtisadi və s. imkan və vasitələri vardı. Ancaq bunların demək olar, heç birindən lazımınca istifadə etmədi.

Artıq savaş başlayanda isə heç olmasa Ukraynanı dərhal müdafiə etmək əvəzinə, onun Prezidentinə Kiyevdən qaçmağı təklif etdi.

Müharibənin davam etdiyi bir il ərzində yürütdüyü siyasətə gəlincə, bu, sanki Ukraynanın nə məğlub olmasına, nə də tam qələbə çalmasına imkan verməməyə, Rusiyanı milyonlarla ukraynalının həyatı, əzabları, qanı hesabına zəiflətməyə xidmət edir. Bir sözlə, bütün pafoslu bəyanat və çıxışlara rəğmən, birinci yerdə ABŞ-ın və Qərbin siyasi maraqları durur, ukraynalıların həyatı isə heç ikinci dərəcəli də deyil...

Putin və onun qəti, dönməz şəkildə bataqlığa çevirdiyi Rusiya haqqında isə heç danışmağa dəymir. 21-ci əsrdə işğalçılıq savaşına başlamaq, Rusiyanı ən geridə qalmış, barbar tayfalarından da betər toplum sifətində bütün dünya qarşısında biabır etmək, hansısa mücərrəd imperiyaçılıq, hakimiyyət və digər ağlasığmaz maraqlar naminə əsrlər boyu “qardaş” adlandırdığı xalqa qarşı əsl soyqırım törətmək, şəhərlərini, kəndlərini viran, insanlarını bilərəkdən qışın ortasında işıqsız, istiliksiz qoymaq, milyonlarla vətəndaşı öz yurd-yuvasından didərgin salmaq, yüzminlərlə gəncin, qadının, uşağın, qocanın qətlinə, şikəst olmasına bais olmaq və s. Putinin adını dünya və Rusiya tarixinə ən miskin və ziyanlı fiqur kimi salacaq. Artıq salıb da...

Və bütün bunlardan sonra bəşəriyyəti nüvə müharibəsinin, az qala məhvin astanasına gətirən bu liderlər - Putin Moskvada, Bayden isə Polşa paytaxtında insanların, bütün dünyanın, bəşəriyyətin qarşısına çıxaraq, nəsə deyəcəklər. Hansısa pafoslu çıxışlar edəcəklər, şüarlar səsləndirəcəklər, çağırışlar edəcəklər və s. Yəni, qətiyyən utanmayacaqlar, deməyə sözləri, danışmağa üzləri olacaq. Onların başına yığılan insanlar isə bu “dahi liderləri” alqışlayacaqlar...

Ölməz Hüseyn Cavidin dünyanın “bir kor abdala və bir dəli topala” qaldığı barədə məşhur ifadəsini yada salmaq heç də xoş deyil, ancaq təəssüf ki heç nə dəyişməyib və hazırda eyni faciəvi mənzərəni yaşamaqdayıq...

Cəlal Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Moshu 2023-02-17 10:43:50

Ukraynalılar və ruslar iki qardaş xalqdır, slavyan qrupuna aid olan xaslqlardır, necə biz və Türkiyə. Əvvəlki yazılarımda da bildirmişəm ki, Putin Qərbin layihəsidir, daha doğrusu Amerikanın. Ukraynaya qarşı hərbi əməliyyat, daha doğrusu müharibə başlayandan hansısa bizim ağlımıza hesablanmayan ssenari əsasında qardaş qırğını gedir. Bu Qərbin də, ən əsası da Amerikanın dövlət maraqlarına xidmət edir. Nə qədər qansız, imansız olasan ki, bir dindən olan qardaş-bacılarını qanına qəltan edəsən və qarşındakını millətçi, banderovçu, nə bilim daha nə adlandırasan sonra da öz imperiya siyasətini həyata keçirəsən. Hərdən fikirləşirəm, görəsən Rusiyada bir ağıllı insan tapılmadımı ki, məsələ qaldırsın ki, bu Rusiyanı məhvə aparır, artıq bunun rüşeymləri görünməkdədir. Əsl lider, əgər həqiqətən də liderdirsə bu qardaş qırğınına yol verməməlidir. Qaldı Putinin xalqa müraciət etməsi məsələsinə. Bu müraciət də əvvəlkilərdən elə də fərqlənməyəcək. Əvvəlki qaydada Rusiyanın dünyta xəritəsində söz sahibi olmasını, əvəzolunmaz hərbi texnikasının üstünlüklərindən bəhs edəcək, onun qarşısında hansısa qüvvənin olmadığı ilə fəxr edərək rusiyalıları ölkə rəhbərliyini müdafiə etməyə səslənəcək. NATO-nun onun sərhədlərinə cəmləşdiyini bəhanə gətirərərk bu addımın yeganə düz, məcburi addım olduğunu xalqa bir daha bəyan edəcək. Ukraynanın və keçmiş postsovet dövlətlərinin vaxtı ilə SSRİ-nin ərazisi olduğunu əsaslandırmağa çalışacaq. Ona görə də o ərazilərin Rusiyanın tərkibinə qaytarılmağın yeganə yol olduğunu rusiya vərtəndaşlarının nəzərinə çatdıracaq. Növbəti addım, qələbəni sona çatdırmaqdan ötrü növbəti səfərbərliyin və ya fövqəladə vəziyyətin elan olunmasının vacibliyini vurğulayacaq. Daha sonra regionlardan öyrədilmiş bir neçə qoca-qaltaq rus və qeyri-rusları efirə çıxarıb ölkə rəhbərliyini dəstəkləməyə çağırışlar etdirəcək. Bir sözlə bu müraciət də əvvəlkilərdən elə də fərqlənmədiyinin şahidi olacaqsınız. Dünya dəyişir, Rusiyanın isə mahiyyəti necə vardırsa eləcə də qalmaqdadır. Baydenin isə deməyə elə də sözü yoxdur. Əvvəlki çıxışlarını saqqız kimi çeynəyərək Ukraynalıların yanında olacağını, onlara nə qədər silah-sursat lazım olduğunu bildirərək bu məsələdə Ukraynaya dəstək olacağını səsləndirəcək. Bununla da bütün məsələlər “həllini tapacaq”. Vəssalam, şüttamam. Necə deyərlər, üç badam, bir qoz. Bu liderlərin də çıxışına bir qoz.

Moshu 2023-02-16 23:42:18

Ukraynalılar və ruslar iki qardaş xalqdır, slavyan qrupuna aid olan xaslqlardır, necə biz və Türkiyə. Əvvəlki yazılarımda da bildirmişəm ki, Putin Qərbin layihəsidir, daha doğrusu Amerikanın. Ukraynaya qarşı hərbi əməliyyat, daha doğrusu müharibə başlayandan hansısa bizim ağlımıza hesablanmayan ssenari əsasında qardaş qırğını gedir. Bu Qərbin də, ən əsası da Amerikanın dövlət maraqlarına xidmət edir. Nə qədər qansız, imansız olasan ki, bir dindən olan qardaş-bacılarını qanına qəltan edəsən və qarşındakını millətçi, banderovçu, nə bilim daha nə adlandırasan sonra da öz imperiya siyasətini həyata keçirəsən. Hərdən fikirləşirəm, görəsən Rusiyada bir ağıllı insan tapılmadımı ki, məsələ qaldırsın ki, bu Rusiyanı məhvə aparır, artıq bunun rüşeymləri görünməkdədir. Əsl lider, əgər həqiqətən də liderdirsə bu qardaş qırğınına yol verməməlidir. Qaldı Putinin xalqa müraciət etməsi məsələsinə. Bu müraciət də əvvəlkilərdən elə də fərqlənməyəcək. Əvvəlki qaydada Rusiyanın dünyta xəritəsində söz sahibi olmasını, əvəzolunmaz hərbi texnikasının üstünlüklərindən bəhs edəcək, onun qarşısında hansısa qüvvənin olmadığı ilə fəxr edərək rusiyalıları ölkə rəhbərliyini müdafiə etməyə səslənəcək. NATO-nun onun sərhədlərinə cəmləşdiyini bəhanə gətirərərk bu addımın yeganə düz, məcburi addım olduğunu xalqa bir daha bəyan edəcək. Ukraynanın və keçmiş postsovet dövlətlərinin vaxtı ilə SSRİ-nin ərazisi olduğunu əsaslandırmağa çalışacaq. Ona görə də o ərazilərin Rusiyanın tərkibinə qaytarılmağın yeganə yol olduğunu rusiya vərtəndaşlarının nəzərinə çatdıracaq. Növbəti addım, qələbəni sona çatdırmaqdan ötrü növbəti səfərbərliyin və ya fövqəladə vəziyyətin elan olunmasının vacibliyini vurğulayacaq. Daha sonra regionlardan öyrədilmiş bir neçə qoca-qaltaq rus və qeyri-rusları efirə çıxarıb ölkə rəhbərliyini dəstəkləməyə çağırışlar etdirəcək. Bir sözlə bu müraciət də əvvəlkilərdən elə də fərqlənmədiyinin şahidi olacaqsınız. Dünya dəyişir, Rusiyanın isə mahiyyəti necə vardırsa eləcə də qalmaqdadır. Baydenin isə deməyə elə də sözü yoxdur. Əvvəlki çıxışlarını saqqız kimi çeynəyərək Ukraynalıların yanında olacağını, onlara nə qədər silah-sursat lazım olduğunu bildirərək bu məsələdə Ukraynaya dəstək olacağını səsləndirəcək. Bununla da bütün məsələlər “həllini tapacaq”. Vəssalam, şüttamam. Necə deyərlər, üz badam, bir qoz. Bu liderlərin də çıxışına bir qoz.

Sadiq 2023-02-16 19:02:34

Türk Turan 2023-02-16 17:46:33

Allah tezliklə hər ikisinin və bütün zamanların ağzının cavabını versin!

Mubariz 2023-02-16 14:57:12

Qərb qorxurdu Marqo ,Salavyov Papov Skabeyeva və s. iki-üç günə Kiyevi alacaqlarını elə pafosla deyirdilər ki qorxu onların canına hopmuşdu .Qəhrəman Ukrayna xalqı rusun bir zibil olmadığını sübut etdi ,indi Qərb ayıldı ,kömək etməyə başladı ,başa düşdülər ki növbəti ədəf Avropa ola bilər

Son yazılar