PAŞİNYAN NÖVBƏTİ SƏRSƏM İDEYA İLƏ ÇIXIŞ EDİB - Rəsmi Bakıdan İrəvana xəbərdarlıq

44 günlük Vətən Müharibəsindən sonra kapitulyasiya aktına imza atan, uzun müddət gizləndiyi “deşikdən” çıxa bilməyən Paşinyan bir müddətdir ki, yenidən sərsəm bəyanatlar verməyə başlayıb. Ermənistanı gah Rusiyada, gah da Qərbdə “bazara çıxaran” marionetka Baş nazir Azərbacanın daxili işlərinə “burnunu soxmağa” çalışır.

Ermənistanın “sülh sazişi planından” danışan Paşinyan Qarabağ ətrafında beynəlxalq təminatlarla "hərbsizləşdirilmiş zona" yaradılmasını arzuladıqlarını dilə gətirib.

“AzPolitika.info” erməni mediasına istinadla bildirir ki, hökumətin iclasında danışan Paşinyan "hərbsizləşdirilmiş zona” kimi sərsəm ideyanı ötən il Soçi görüşdə də səsləndirdiyini iddia edib.

O, hətta bir qədər də irəli gedərək, Xankəndində qalan qanunsuz erməni silahlı dəstələrinin çıxardılmasını da bu “ideyanın” kerçəkləşməsinə bağlayıb.

Əlbəttə, Paşinyanın bu cür sərsəm ideyalarla çxış etməsində məqsədi sülh sazişinin imzalanmasını mümkün qədər uzatmaq niyyəti ilə bağlıdır. Hələ də regionda nələrinsə dəyişə biləcəyinə, Ermənistan üçün daha əlverişli mühitin yarana biləcəyinə ümid edir.

Ancaq rəsmi Bakı da artıq çox gözləmək niyyətində olmadığını nümayiş etdirir. Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefonla danışığında bunu bir daha rəsmi şəkildə bəyan edib.

Nazir Bayramov bildirib ki, Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirməsi öhdəliklərin pozulmasına gətirib çıxarır.

Nazir Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol vermək və təxribatçı bəyanatlar səsləndirmək əvəzinə, qısa müddətdə danışıqlar masası arxasında əyləşməsinin vacib olduğunu bildirib.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Mubariz 2023-02-17 12:59:53

o erməni dığalarını rusya saxlayır..

B.Qarabağlı 2023-02-17 12:10:19

Rusiyanın Türkiyədən qənimət əski Azərbaycanın 29 min kv km ərazisində bəyan etdiyi Ermənistan respublikası həmin ərazisini Sülh Zonası elan edə bilər! Azərbaycanın Qarabağının da təhlükəsiz Sülh zonasına çevrilməsi üçün oradan qalan erməni vətəndaşlarla soyqırı ciayətkar və mühafizəçilərinin təcili Ermənistana köçürülməsi qaçılmaz zərurətdir!

t.ədalət 2023-02-17 10:28:46

Paşinyan Putinin tapşırıqlarını icra edir.

Son yazılar