“ERMƏNİSTANIN MÖVQEYİNDƏ TƏRƏQQİ VAR, ANCAQ...” – “Üç gün əvvəl Ermənistandan cavab təklifləri aldıq” + VİDEO (Yenilənib)

"Qarabağ haqqında hər hansısa iddianın olması qəbuledilməzdir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün detallarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı jurnalistlərə müsahibəsində görüşün konstruktiv keçdiyini qeyd edib.

“Yaxşı keçdi, məncə konstruktiv keçdi. Bir çox məsələlər müzakirə edildi, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında təşkil edilməlidir, tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa iddianın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. Onları indi incələyirik. İlk baxışda Ermənistan mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni əsas bu məsələ müzakirə olundu”, - dövlət başçısı vurğulayıb.

“Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır” - deyə,  lham Əliyev bildirib.

“Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürmüşəm: "Ermənistan tərəfindən cavab gözləyəcəyik".

Bu gün keçiriləcək panel müzakirəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək. Tbilisi formatı gündəmə gələ bilərmi?” sualını cavablandıran Prezident İlham Əliyev deyib: “Ola bilər. Çünki, bu, təbii olar. Biz də bunu alqışlayırıq. Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı”.

Prezident İlham Əliyev bildirib ki, ilkin variantda görüşdə Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi.

“Dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər”, - deyə dövlətimizin başçısı bildirib.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-02-19 09:35:16

Münhen görüşləri bir daha sübut etdi ki, Dünyada və bölgəmizdə dəyişən geopolitik dengelerden dolayı, dünya güclərinin Cənubi Qafqaza maraqları tükənməzdir və həyatıdır. Nə yazıq ki, bütün bu maraqlar məhz Cənubi Qafqazın lider dövləti Azərbaycandan keçir və bu səbəbdən də həmin güclərin hər birinin Azərbacana basqıları daha böyükdür. Belə bir basqı qarşısında, çok böyük əzmlə Azərbaycanın Beynəlxalq səviyyədə maraqlarını qətiyyətlə müdafiə etdiyindən dolayı, Ölkə Başçısına təşəkkür edir və məhz bu konuda millet olaraq 7-dən 70-ə yanındayıq, arxasındayıq deyirik.

Son yazılar