“ABŞ F-16 qırıcıları ilə bağlı tələblərimizə dəstək verir”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, məsələ artıq Konqresdə müzakirə olunmalıdır: “Konqres prosesə mane olmamalı, əksinə, dəstəkləməlidir. Biz məsələnin ən qısa zamanda həllinin tərəfdarıyıq. Bu ikitərəfli əlaqələrimizin əsas istiqamətlərindəndir”.
M.Çavuşoğlu bildirib ki, görüşdə terrorla mübarizə məsələsi də müzakirə olunub.


Şərhlər