BAYDEN KİYEVƏ GƏLDİ, RUSİYA TƏYYARƏLƏRİ HAVAYA QALDIRDI... - Prezidentlərin açıqlamaları + VİDEO (Yenilənir)

“Ukrayna bütün gözləntilərin əksinə olaraq, müharibədə uğur qazandı və gələcəkdə də uğur qazanmaqda davam edəcək”.

Bunu Kiyevdə səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.

Birləşmiş Ştatlar Prezidenti vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi əsrin dörddə üçü ərzində Avropada baş verən ən böyük müharibədir.

“Əminəm, Ukrayna qalib gələcək”, - deyə Co Bayden vurğulayıb.

Prezident Volodimir Zelenski isə Baydenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna ABŞ-dan güclü hərbi dəstək gözləyir: "Bu gün həmkarımla uzaqmənzilli raketlərin tədarükünü müzakirə etdik. Uzaqmənzilli silahlar bizim üçün çox vacibdir. Rusiyanın şansı yoxdur. Biz şəhərlərimizi, xalqımızı Rusiyadan birlikdə qoruyacaq və qələbəmiz üçün imkanları gücləndirəcəyik”.

Zelenski ilə söyləyib ki, Ukrayna və ABŞ-ın müharibə ilə bağlı mövqeyi eynidir: “Biz, həmçinin Rusiyaya qarşı təzyiqlər barədə də razılığa gəldik. Biz həm ikitərəfli səviyyədə, həm də G7 çərçivəsində sanksiyaları sərtləşdirmək üçün birlikdə çalışırıq. Bu da çox vacibdir”.

***

Məlum olduğu kimi, ABŞ Prezidenti Co Baydenin 20-22 fevral tarixlərində Polşaya səfəri planlaşdırılıb. Bu səfər çərçivəsində onun Ukrayna paytaxtına da gələcəyi barədə məlumatlar dolaşsa da, belə bir səfərin baş tutacağı ehtimalı olduqca aşağı qiymətləndirilirdi. Lakin hazırda Kiyev küçələrində baş verənlər və Ukrayna XİN-in açıqlaması belə qənaət yaradır ki, ABŞ Prezidenti Ukrayna paytaxtına gəlir.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu gün səhərdən başlayaraq, Kiyevin bir neçə mərkəzi küçəsi və ABŞ səfirliyi istiqamətindəki yollar bağlanıb. Şəhərdə ABŞ səfirliyinə aid avtomobillərin intensiv hərəkəti müşahisdə olunur.

Məsələylə bağlı danışan Ukrayna XİN başçısının müavini Andrey Melnik isə yerli kanallara açıqlamasında dolayısı ilə Baydenin səfərini təsdiqləyib: “Gəlin hələlik bu intriqanı saxlayaq və qabağa qaçmayaq. Mən ümid edirəm ki, hazırlanan sürpriz alınacaq. Bizim üçün çox vacibdir ki, işğalın ildönümündə biz təkcə sözdə dəstəyi, həmrəyliyi deyil, həm də böyük yardımı və bizim ən vacib, başlıca tərəfdaşlarımızın Kiyevdə olmasını görəcəyik”.


Melnik konkret olaraq kimin gələcəyini söyləməyib və azca gözləməyi məsləhət görüb.

Xatırladaq ki, daha öncə Baydenin Varşavada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyinə dair məlumatlar yayılmışdı. Lakin Zelenbski dolayısı ilə bu xəbəri inkar etmişdi. İndi isə məlum olur ki, Bayden özü Kiyevə gəlir.

Son dəqiqələrdə daxil olan məlumata görə Co Bayden artıq Kiyevdədir. Bununla bağlı videogörüntülər də yayılıb. ABŞ Prezidenti artıq Zelenski ilə birgə Kiyevdəki Mixaylovsk kilsəsinə baş çəkib və Ukraynanın müdafiəsi uğrunda həlak olanların xatirəsini yad edib. Həmin vaxt Kiyevdə hava həyəcanı siqnalları verilməyə başlayıb. Bunun Rusiya hərbi təyyarələrinin Belarus ərazisində, yaxud Rusiyanın Ukrayna ilə sərhəd zonalarında havaya qalxması ilə əlqələndirirlər.    

Bu, Baydenin ABŞ Prezidenti statusunda Ukraynaya ilk səfəridir və Ukrayna paytaxtının demək olar hər həftə raket zərbələrinə məruz qalması fonunda baş verir. Onu da xatırladaq ki, Vladimir Putin indiyə kimi "Rusiya ərazisi" elan etdiyi Donbas bölgəsinə bir dəfə də səfər etməyə cəsarət etməyib...  

Qeyd edək ki, bu səfər Ukrayna üçün böyük siyasi və mənəvi dəstək yükü daşıyacaq. Rusiyanınsa onsuz da ayaqlar altına atılmış nüfuzuna daha bir ağır zərbə olacaq.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Azərbaycanlı 2023-02-20 16:15:33

İnşallah Rusiya dağılsa idi canımız Erməni Rus faşizmindən qurtarardı. Eyni zamanda anası erməni olan, Rusa işləyən məmurlardan da qurtulardıq

Son yazılar