"Hizbullah" hərəkatı hazırda ixtiyarında olan raketlərlə istər İsrailin cənubundan, istərsə də şimalından bu ölkədəki hər bir hədəfə hücum edə bilər.
SalamNews-un "Fars" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) aviasiya komandanının müavini Seyyid Məcid Musəvi İranın “Hizbullah”a verdiyi uzaqmənzilli raketlərdən və təşkilatın raketlərlə bağlı yeni imkanlarından danışarkən bəyan edib: “"Hizbullah" “Fateh” raketləri ilə imkanlarını genişləndirib, lakin bu məsələ məxfi saxlanılır."
Bildirək ki, "Hizbullah”a verilmiş “Fateh” raketləri 250-300 kilometr məsafəni dəqiqliklə vura, saniyədə 1.5 kilometr məsafə qət edə, 500 kiloqram ağırlığında güclü partlayıcıları daşımağa qadirdir.
İsrail ərazisinin cəmi 22.072 kvadratkilometr olduğunu nəzərə alsaq, bu raketin onun üçün kifayət qədər təhlükəli olduğunu hesab etmək olar.


Şərhlər