SAQQALI İT QUYRUĞU

Mirzə AĞ

İkinci Qarabağ Müharibəsinin sona çatmasından və nəticə olaraq, Ermənistanın kapitulasiya aktını imzalayaraq, boynuna öhdəliklər götürməsindən iki il ötsə də, qonşu ölkənin «baş ağrısına» çevrilmiş Nikol Vovayeviç hələ də bu öhdəliklərinin heç birisini yerinə yetirməyib və dünyaya yalan-palan danışmaqla vaxt ötürür. Müşahidələr göstərir ki, o, bölgədə və dünyada siyasi proseslərin Ermənistanın xeyrinə dəyişəcəyinə ümid edir.

Bu dələduz hətərən-pətərənlə paralel Azərbaycana qarşı ərazi iddialarını davam etdirir, Qarabağ separatçılarına əl altındaan hər cür siyasi və hərbi dəstək verir. İki ildən artıq vaxt ötməsindən sonra, məğlub ölkə olaraq, Azərbaycanla sülh sazişi bağlayıb, onun ərazi bütövlüyünü tanımaq, sərhədlərini demarkasiya etmək, nəqliyyat kommunikasiyalarını açmaq əvəzinə, Nikolçik bir neçə gün bundan əvvəl Bakıya bir «baş-ayaq təklif» göndərib və məsuliyyətsizliyini bir daha ortaya qoyub. Belə ki, məğlub tərəf olaraq, Nikolçik təklif vermək hüququnu çoxdan itirib.

Bunu muşahidə edən tanınmış aşıq Muşqulat Nikolun bu düşüklüyünü xüsusi ironiya ilə «vəsf» eləmişdi:

Ay üyruğu-uyruğu,

Saqqalı it quyruğu…

Nikol min oyun eylər,

Donuzu qoyun eylər…

Bu günlərdə KİV-in yaydığı bir xəbərdə isə deyilir ki, Nikol Paşinyan Münhen Konfransından dərhal sonra Qarabağda separatçıları dəsəklədiyini bir daha bəyan edib, onları məsuliyyətsizcəsinə «vətəndaşlarımız» adlandırıb, onlara «yağlı vədlər» verib. Bunu eşidən kimi, aşıq Muşqulat Nikola bir «qulaqburması» göndərib ki, ağlını başına yığ, sonra gec olar:

Ala-bula boz Nikol,

Ay sınıq buynuz Nikol…

Sərsəm gəzib dolanma,

Dağa-daşa dırmanma…

Bir QURD çıxsa qarşına,

Sən nə edərsən ona?..

Vartan açınca gözün,

Qalar iki buynuzun…

635x100

Şərhlər

Mubariz 2023-02-21 14:37:16

Mirzə Ağ ,bizlər ömtü boyu şerlər yazmağı ,başqasına lağ etməyi , öz gözümüzdə tiri görməyən və s. həyat sürmüşük ,nəticəsi torpaq itkisi ,rüşvət ,yaltaqlıq ikiüzlülük qazanmışıq . Paşik görür ki dünya dəyişir ,özü də onun xeyrinə , əminsiz ki , sabah bizləri firavan günlər gözləyir ? Yəqin ki ,yox . Elə yenə ilk zərbəni ruslar vuracaq ,o vaxt bizləri dünya qorumayacaq , bizimkilər hələ də şimal ayısına inanır

Son yazılar