Novosibirsk hava limanına bir gündə 100-dən artıq Rusiya hərbçisinin cənazəsi gətirilib.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, meyitlərin arasında “Vaqner”-in döyüşçüləri də var. Xəbərdə qeyd olunur ki, Ukraynada həlak olmuş bu “vaqnerçi”lərin əksəriyyəti keçmiş məhbuslardır.
Aeroportun terminallarından çəkilən videogörüntülərdən aydın olur ki, taxta yeşiklərdə gətirilən cənazələrin üzərinə həlak olanların “ölüm kağızları” da yapışdırılıb.
“AzPolitika.info”
В аеропорт Новосибірська привезли понад сто трун із тілами військових Росії pic.twitter.com/p0sbXknD0J
— Українська правда (@ukrpravda_news) February 22, 2023


Şərhlər
Ele gosterirsiz ki guya Ukraynada olen esger yoxdu.Olenler ancaq ruslardir.Amma srtiq Ukraynada doyusmek ucun kisi cinsi tukenir.Muharibede muzdurlar ve NATO esgerlefi istirak edecek