Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub. "Report"un yerli bürosunun məlumatına görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Arzu Bəndəliyeva Sumqayıt Tibb Mərkəzinin direktor müavini təyin olunub.
Qeyd edək ki, A.Bəndəliyeva bu təyinatadək Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.


Şərhlər
Adamın başının üstündə Allah var: Vizual baxımdan yeni kadr siyasətinin tələblərinə TAM uyğun olduğu görünür. Həzrət Abbasın parıldayan gözlərinə and olsun ...