PUTİN MOLDOVANI İŞĞAL ETMƏK NİYYƏTİNİ ELAN ETDİ... – “Bu, Kremlin rəsmi Kişinyova “əlcək atması” mənası daşıyır”

“24 fevral Ukraynadan daha çox Moldova üçün təhlükəli tarix sayıla bilər”

“Ukrayna 3 günə bu məsələsini həll edə bilər”

“Moldova suveren dövlətdir və o, özü qərar verir ki, kömək üçün kimə müraciət etsin. Yalnız Moldova hakimiyyətinin qərarı ilə biz onlara kömək edə bilərik. Bizim imkanlarımız var. 3 günə bunu həll etmək olar”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç rusiyalı müxalif hüquqşünas Mark Feyqinin kanalına açıqlamasında deyib.

Arestoviç bildirib ki, Moldova hakimiyyəti müraciət etsə, bu ölkə ilə sərhəddə yerləşən Ukrayna Ordusu qısa müddətdə qondarma Dnestryanını rus qoşunlarından təmizləyər. Özü də Arestoviçin fikrincə, Ukrayna Ordusu bunu Rusiya ilə müharibə gedə-gedə gerçəkləşdirə bilər.

O, xüsusi qeyd edib ki, Moldovanın Dnestryanı bölgəsi Dnestr çayının Ukraynaya yaxın sahilində yerləşir. Moldova ordusu orada əməliyyat keçirmək üçün çayı keçməlidir, bu isə çətinlik yaradır. Ukrayna Ordusu üçün isə çayı kemək lazım gəlməyəcək və qısa müddətdə həmin bölgədəki Rusiya hərbi birləşmələri məhv ediləcək.

Qeyd edək ki, Dnestryanı məsələsinin yenidən gündəmə gəlməsi təsadüfi deyil. Vəziyyəti gərginləşdirən son faktor Vladimir Putinin ötən gün 2012-ci ildə Moldovanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı Rusiyanın mövqeyini əks etdirən fərmanının ləğvidir.

Bu addımı ilə Putin demək olar ki, Moldovanın ərazi bütövlüyünü tanımadığını rəsmən elan etmiş oldu. Bundan az öncə isə Rusiyanın Moldovada hakimiyyət çevrilişinə hazırlıqlar gördüyünə dair kəşfiyyat məlumatları ortaya çıxarılmışdı.


Daha bir tanınmış hərbi ekspert Aleksandr Kovalenko bildirib ki, Putinin özünün Moldovanın suverenliyinin tanınması ilə bağlı fərmanını ləğv etməsi müxtəlif nəticələr doğura bilər: “Əslində, həmin fərman da Rusiyanın yerinə yetirmədiyi digər hüquqi sənədləri kimi kağız parçasından başqa bir şey deyildi. Ancaq bu mənasız kağız parçasının nümayişkaranə şəkildə parçalanması Kremlin rəsmi Kişinyova “əlcək atması” mənası daşıyır”.

A.Kovalenko hesab edir ki, “24 fevral - Ukraynaya qarşı işğalın başlanğıc günü təhlükəli tarixdir” və əlamətdar günlərə xüsusi “sevgisi” olan Putin həmin gün təkcə Ukrayna savaşında deyil, bir çox əlamətlərə görə, Moldovada da fəallaşa bilər: “Rusiyanın Dnestryanıda 9 min nəfərlik potensial zərbə qüvvəsi var. Bu, Moldovanı ikiyə bölmək və Kişinyova çıxmaq üçün kifayət edə bilər. Özü də bu qüvvə daimi döyüş hazırlığı vəziyyətində saxlanılır”.

Lakin Kovalenko hesab edir ki, Rusiyanın bu hərbi qüvvəsi yalnız Moldova ordusu ilə təkbətək qalacağı təqdirdə təhlükəlidir: “Moskva ciddi narahatdır ki, Moldovada hərəkətə başlasa, Ukrayna kənarda qalmayacaq. Bu isə Odessadakı Ukrayna qüvvələrinin 2-3 həftəyə Dnestryanını Rusiya qüvvələrindən tam təmizləməsi deməkdir. Ümumilikdə isə 24 fevral Ukraynadan daha çox Moldova üçün təhlükəli tarix sayıla bilər.

Bununla yanaşı, ekspert hesab edir ki, Dnestryanıdakı rus əhalisi və rusiyalı hərbçilərin Moldovaya qarşı savaşmaq, Kişinyovun üzərinə hücum etmək motivasiyası yüksək deyil. Xüsusilə də Ukrayna Ordusunun məsələyə qarışması perspektivi və hazırda Rusiya ordusunun Ukraynadakı itkiləri bu motivasiyanı daha da aşağı salır.

Kovalenko deyib ki, Rusiya təkcə 24 fevral deyil, 9 may, 22 iyun və digər istənilən əlamətdar günü Moldovada öz çirkin planlarını gerçəkləşdirmək üçün ilkin tarix kimi istifadə edə bilər. Lakin bu, eyni zamanda həmin ölkədəki rus hərbi kontingentinin və qanunsuz separatçı hakimiyyətin məhvi ilə də nəticələnə bilər.

Buna baxmayaraq, hazırkı Putin Rusiyasını “küncə sıxışdırılmış siçan”a bənzədən ekspert, Kremlin hətta istənilən özünəqəsd addımına gedəcəyini belə istisna etmir.

C.Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

t.ədalət 2023-02-23 23:51:12

Putinin bu mövqeyi Lavrovun Azərbaycana səfərinin də t\əhlükəli olduğunu göstərir.

Eli 2023-02-23 15:57:32

Çöresen dünyada bu ruskar kimşi ikinci gerizekalı millet ve dövlet varmı?Ay bedbext millet 70 il. sovet döneminde sen özğnle beraber 15 respublikata ne qazandırdın ki bu gün yenşden SSRİ yaratmaq isteyirsen.Sen guya qalib ölke olmusan ikinci dünya mğharibesinde,ancaq meğlub ölkenin @Mersedesinde”Orezidentin Putin gezir be deyilmi senin inkişafın.Hamın bedbext etdinlz.

Son yazılar