Menu

Fuad Nəcəfli Sədərək rayonunda sakinlərlə görüş keçirib – “Bütün problemlər qısa zaman ərzində həll olunacaq”

23.02.2023, 18:48
Fuad Nəcəfli Sədərək rayonunda sakinlərlə görüş keçirib – “Bütün problemlər qısa zaman ərzində həll olunacaq”

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli fevralın 22-də Sədərək rayonunda sakinlərlə görüş keçirib.

“AzPolitika.info” xəbər verir ki, rayonun Heydərəbad qəsəbəsindəki İcra Hakimiyyətinin iclas zalında sakinləri qəbul edən Fuad Nəcəfli, bütün problemlərin qısa zaman ərzində aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını vurğulayıb.

Yerli sakinlər “AzPolitika.info”-ya bildiriblər ki, saat 6-7 radələrində başlayıb, axşam saatlarına qədər davam edən görüşdə 100-ə yaxın sakinin problemi dinlənilib.

“Prezidentin səlahiyyətli nümayəndəsinin Sədərək rayonuna səfərindən çox razı qaldıq. F. Nəcəflinin müavini də 2-3 gün bundan öncə Sədərək rayonunda olmuş, sakinlərin problemlərini dinləmişdi. F. Nəcəfli bildirib ki, rayonun su-kanalizasiya və yolların bərpası kimi problemləri qısa zaman ərzində həll olunacaq. Deyilənə görə, mart ayının 1-dən nasos stansiyaları da işə salınacaq.

Həmçinin bildirilib ki, 1992-ci ildə Sədərək döyüşlərində iştirak edən vətəndaşlar hərbi biletlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinə təhvil verərək, müvafiq araşdırmadan sonra müharibə veteranı pulu və təqüdü ala biləcəklər”,-deyə Sədərək sakini bildirib.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol