Menu

ABŞ Rusiyaya yeni sanksiya tətbiq edəcək

23.02.2023, 20:52
ABŞ Rusiyaya yeni sanksiya tətbiq edəcək

ABŞ dövlət katibinin müavini Nuland bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə - fevralın 24-də Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təqdim edəcək.

APA-nın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.

"Biz həmçinin Çində yerləşən şirkətlərə və ya sanksiyalardan yayınmaq üçün tədbirlər gördüklərinə inandığımız Avropadakı Çin müəssisələrinə təzyiqi artıracağıq", - Nuland deyib.

Eyni zamanda, Reuters-in məlumatına görə, Aİ ölkələri yenidən Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyiblər, danışıqlar fevralın 24-də bərpa olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol