Menu

Lavrovdan sonra Blinken də Azərbaycana gələ bilər – “ABŞ “bölgədə biz də varıq” mesajını göndərmiş olar...”

24.02.2023, 13:37
Lavrovdan sonra Blinken də Azərbaycana gələ bilər – “ABŞ “bölgədə biz də varıq” mesajını göndərmiş olar...”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən sonra ABŞ dövlət katibi Entoni Blinkenin də Cənubi Qafqaz bölgəsinə səfəri istisna deyil”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert əlavə edir ki, Blinken son aylarda Azərbaycanla Ermənistan arasında vasitəçiliyini fəallaşdırıb. O, bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransında Blinkenin təşəbbüsü ilə keçirilən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçlü görüşün buna sübut olduğunu xatırladır: “Sergey Lavrov Bakıya fevralın 27-də gələcək. Bundan bir gün sonra Entoni Blinken Qazaxıstana səfər edəcək. Blinken Astanada 5 + 1 formatında (ABŞ və Mərkəzi Asiya ölkələri arasında görüş formatı) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu görüşdə ABŞ-la Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. ABŞ Rusiyanın perimetri boyu fəallaşıb. Entoni Blinken ölkəsindən bu uzunluqda məsafə qət edib Mərkəzi Asiya turnesinə çıxırsa, təyyarəsi geri qayıdarkən Cənubi Qafqaz ölkələrinə də enə bilər. Blinken Azərbaycanla Ermənistana səfər etməklə həm bölgədə sülh və əməkdaşlığın formalaşmasında Amerikanın dəstəyini tərənnüm etdirmiş, həm də Moskvaya “bölgədə biz də varıq” mesajını göndərmiş olar”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Turan 2023-02-24 19:18:18

Politoloq falçılıqla məşğul olmamalıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol