ERMƏNİ AGENT PAŞİNYANLA GÖRÜŞDƏN ŞƏKLİNİ "CANANƏ"YƏ GÖNDƏRDİ... - DTX görüntüləri yaydı + VİDEO (Yenilənib)

Xəbər verdiyimiz kimi, İctimai Televiziyada "Baş tutmayan tələ" sənədli filmi yayımlanıb.

"AzPolitika.info" bildirir ki, filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycan vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə necə əlaqə qurmalarından bəhs olunub.

Filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Artur Arustamyanın Azərbaycan vətəndaşı ilə əlaqə qurması və ifşa olunması əks olunub.

A.Arustamyan "Cananə" şərti adı olan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ilə yazışmalara başlayır və ondan məlumatlar toplamağa çalışır. Daha sonra isə A.Arustamyan "Cananə"yə aşiq olur və özü haqqında bir çox məsələləri ona etiraf edib. "Baş tutmayan tələ" sənədli filmində erməni agentin səs yazısı və görüntüləri də əks olunub.

O, hətta kimliyini isbat etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanla olan iclasdan şəklini də "Cananə"yə göndərir.

Qeyd edək ki, A.Arustamyan sosial şəbəkələr vasitəsilə müxtəlif Azərbaycan vətədanşları ilə dialoqlar quraraq məlumatlar toplamağa çalışıb.

"Baş tutmayan tələ" sənədli filmini oxucularımıza təqdim edirik:

***

İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb. Oxu.Az xəbər verir ki, sənədli filmdə qondarma rejimin rəhbərinin sabiq müşaviri vəzifəsində işləyən Tiqran Abramyan tərəfindən yaradılmış “Henoket” analitik mərkəz barədə də məlumat verilib.

DTX rəsmisi bildirib ki, sözügedən analitik mərkəzin fəaliyyəti Azərbaycanın müdafiə qabiliyyəti barədə məlumatlar toplamaqdan ibarət olub.

DTX toplanmış materiallar əsasında həmin mərkəzdə çalışan, fəallığı ilə seçilən Alen Qulyan ətrafında əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilib.

Digərlərindən fərqli olaraq, Alen Qulyan sosial şəbəkələr vasitəsilə Azərbaycanda yaşayan milli etnik azlıqlarla dostluq münasibəti yaratmağa cəhd göstərib.

Daha ətraflı süjetdə:

635x100

Şərhlər

t.ədalət 2023-02-25 00:48:39

,,,,,,,,,,,Burda casus axtarmağa ehtiyac qalmnır.Medvedev demişkən,azərbaycanlı nazirlər Moskvada öz aralarında ermənicə danışırlar.(Heydər Əsədov və Şahin Mustafayev)Belə olan halda casusların kimlər olduğu da məlumdur.

Son yazılar