İran 1650 km fəaliyyət radiuslu qanadlı raketi işləyib hazırlayıb.
Bunu cümə günü İslam İnqilabı Keşikçiləri Korpusunun böyük komandanı bəyan edib. Rusiya tərəfindən Ukrayna müharibəsində İran PUA-larının istifadəsindən sonra, bu, Qərbdə narahatlıq yarada bilər.
Bu barədə “Röyter yazıb”.
İnqilab Qvardiyası aerokosmik qüvvələrinin başçısı Əmir Əli Hacızadə bəyan edib ki, qanadlı raket artıq İran İslam Respublikasının raket arsenalına əlavə olunub (UNİAN).
Həm də İranın dövlət televiziyası yeni qanadlı «Paveh» raketinin ilk kadrlarını nümayiş etdirib.
Raketdən başqa Hacızadə o barədə çoxlu danışıb ki, İran ABŞ-dan qisas almağa hazırlaşır - 2020-ci ildə Bağdadda İranın hərbi komandiri Qasım Süleymaninin PUA-nın köməyi ilə aradan götürülməsinə görə. Hacızadə uzaq mənzilli qanadlı «Paveh» raketini İran İslam İnqilabı Keşikçiləri Hava-Kosmik qüvvərinin son nailiyyətlərindən biri adlandırıb, İRNA agentliyi yazır.
Hipersəs raketindən danışarkən, Hacızadə bəyan edib: «Hipersəs raketi atmoferdən kənarda manevr etməyə qadirdir. Bu raket elə mühərrikə malikdir ki, o, hədəfdən 300-400 km məsafədən işə düşür və manevr edir. Müdafiə sistemləri yolu və son düşmə nöqtəsini qabaqcadan göstəmə əsasında işləyir».
«Qaza» pilotsuz aparatı barədə suala cavab verərkən o, bəyan edib ki, bu PUA çox yüksək fasiləsiz uçuşa malikdir və eyni vaxtda 9 bomba daşıya bilir.
AzPolitika.info


Şərhlər
ucan elemdir yeqin adida
Öz başlarına düşer yeqin.Bunların kişiliyi çatsaydı indiye kimi Qasım kişinin qısasının alardılar.Bınlar da ruslar kimi ancaq özünden zeife,mezlum xalqlara xoruzlana bilerler,ABŞ ,Avropa ölkeleri bınlarluq deyil.Bunlar 10 öillion ehalisi olan balaca bir dövlet olan İsraile heç cavab vermeye vesaretleri çatmır onda qala ABŞ ola.