NAZİR ƏVƏZİ SABİQ NAZİRİN KADR SİYASƏTİNİ TƏNQİD ETDİ - 30-dan çox vəzifəli şəxsi işdən çıxardı + ADLAR (Yenilənib)

Dekabrın 22-si Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilən və eyni zamanda nazir vəzifəsinin icrası ona tapşırılan Adil Kərimli ciddi kadr islahatına başlayıb.

Belə ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılır.

Bildirilir ki, son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrində fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.

Məlumata görə, bu gün mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da vəzifəsindən azad edilib.

Göründüyü kimi proses yeni başlasa da, sürətlə davam etməkdədir. Yaxın günlərdə sözügedən vəzifələrə də yeni təyinatların olacağı gözlənilir. ((qafqazinfo.az))

***

“Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması önəmlidir. Bu çox zəruri və əhəmiyyətli məsələdir. Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq” .

Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib.

“Artıq təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, infrastruk, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik. Problemlərlə daha yaxından tanış oluruq. İnstisional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Mədəniyyət sahəsinə hökumət tərəfindən hər zaman xüsusi diqqət və qayğı var", - o bildirib.

A.Kərimli söyləyib ki, hər hansı səbəbdən kadr yanaşmaları fərqli istiqamətdə olub. Onun sözlərinə görə, xüsusilə də burada subyektiv səbəblər çoxdur: "Bu sahədə geniş müzakirələrə ehtiyac var. Qeyri-maddi mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Amma bu bizim bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas istəyi məhz mədəniyyət sahəsinin inkişafı olmalıdır. Aidiyyəti şəxsləri bu işə cəlb etməsək bu prosesdə hər hansı uğurun qazanılmasından və irəliləməsindən söhbət aça bilmərik".

"Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var. Çünki burada parakəndəlik mövcuddur" - deyə, Adil Kərimli parlamentdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. (report.az)

Onun sözlərinə görə, qeyri-maddi sözü “əllə toxunula bilməyən” mənasını verir: “Bu sözün Azərbaycan ekvalentinə uyğun doğru anlayışı əhatə edən termin tapa bilsək böyük uğur olar. Bununla həm Azərbaycan dilinin inkişaf etdirilməsi, həm də gələcəkdə qanunvericilikdə daha doğru, səlist ifadəsinə zəmin yaratmış olarıq”.

A.Kərimli bildirib ki, bəzən eyni anlayışı ifadə etmək üçün bir neçə termindən istifadə olunur: “Bu da ən ciddi problem yaradan məqamlardan biridir. Cəmiyyətdə və qanun tədbiq edən şəxslər üçün qanunu oxuyub anlamaq istəyən sadə insanlar üçün bu çox çaşqınlıq yaradır. Eyni mənada eyni məfhumu ifadə etmək üçün bir neçə terminlərin istifadəsi yanlış yanaşmadır. Daftoloji yanaşmalardan uzaqlaşmağa da ehtiyac var. Mədəniyyət nazirliyinin mövqeyi budur. Qanun layihəsinin müzakirəsi və gündəmə çıxarılması aktualdır. Ancaq layihənin üzərində işlənilməsinə ehtiyac var”.

"AzPolitika.info"

635x100

Şərhlər

Elmira 2023-03-03 10:06:02

Adil bəy, ümüdvarıq ki, Siz ağıllı və doğru-dürüst nazir olacaqsınız. Yəni Azərbaycan Eloğlusu.

Şəkidən 2023-03-01 22:39:21

Hörmətli Adil müəllim, həqiqətəndə sabiq nazirin kadr siyasəti Şəki Regional Mədəniyyət İdarəsinə təyin etdiyi, qeyri-peşəkar kadr olan Azər adlı şəxsdən bəllidir. sizdən xahiş edirik Şəki-Zakatala Regional Mədəniyyət İdarəsinə savadlı, peşəkar mədəniyyət işçisindən müdir təyin etməyinizi bir dahah xahiş edirik .

Hadı 2023-02-28 20:43:25

Ağdaş regional idarənin rəisi Səxavət müəllim gələn gündən əsil bazar açıb. Kadr təyinatının qiymətini qaldırdı, qışda mədəniyyət evləri və kitabxanalara yanacaq vermədi pulunu mənimsədi, müxtəlif bəhanələrlə pul yığdırdı, musiqi məktəblərindən aylığı artırdı, sığorta şirkətləri ilə əlbir olub bütün region işçilərindən 10 manat pul tutdurdu və sair və sair və sair.... Cənab nazir Ağdaşa bir nəzər yetir...

Turan 2023-02-28 17:36:57

Kim özündən əvvəlkinin əməllərini bəyınir?

Abidə mühafizi 2023-02-28 15:12:55

Cənab nazir qeyd edib ki, mədəniyyət sahəsində çalışanların böyük bir qisminin heç orta ixtisas təhsili belə yoxdur. Bəli bu düzgün fikirdir. Abidə mühafzilərinin 90 %-nin bu sahədə elementar biliklıəri yoxdur, nəinki diplomları olsun. Hər il, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər universittelərdə, kolleclərdə "Abidələrin mühafizəsi" ixtisası üzrə yüzlərlə bakalavr, onlarla məzun buraxılır. Hamısı da sonra ixtisası üzrə heç iş tapa bilmirlər. Mal otaran və ya zəmi sulayan gəlib olur abidə mühafizi. Bu rüsvayçılığa son qoyulmalıdır. Nə qədər ki, bu belə olacaq biz bu sahədə irəliləyişdən danışa bilməyəcəyik! Bu birmənalı olaraq belədir!

Son yazılar