Menu

Vilayət Eyvazovdan yeni kadr təyinatları

28.02.2023, 14:30
Vilayət Eyvazovdan yeni kadr təyinatları

Füzuli Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatları olub.

"Report" xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Adil Səmədov Füzuli RPŞ-nin İstintaq Bölməsinə rəis təyin edilib.

Nazirin digər bir əmri ilə polis kapitanı İlqar Nəcəfov Füzuli RPŞ-də Cinayət Axtarış Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, İ.Nəcəfov şəhid Vüqar Nəcəfovun qardaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol