TALIBOVLARIN DAHA BİR "KASSASI" İŞDƏN UZAQLAŞDIRILDI - Həbsi də istisna deyil

Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb.

APA-nın Naxçıvan bürosunun əldə etdiyi məlumata görə, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib.

Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub.

"AzPolitika.info" xatırladır ki, bir neçə il öncə intim videoları ilə gündəmə gəlmiş Nicat Mahmudov Vasif Talıbovun oğlu Seymur Talıbovun "komandasının" ən aktiv üzvlərindən - "qara kassa"larından biri idi. S.Talıbov N.Mahmudovun əli ilə Sədərək gömrüyünü şəxsi obyekti kimi işlədirdi. Məhz bu gömrük vasitəsilə Naxçıvana və əks istiqamətə hər il dəyəri on milyonlarla dollarla ölçülən qaçaqmal əməliyyatları keçirilirdi. 

Bu səbəbdən N.Mahmudovun məsuliyyətə cəlb olunacağı da istisna deyil. 

"AzPolitika.info"

635x100

Şərhlər

Romaya əlavə 2023-03-01 16:56:12

O deməkdir ki bu millət atılası millətdir nə qədər çox atsanız bir o qədər yaxşıdır. Bizi atanların da milliyəti kimlərdir artıq hamıya məlumdur. Biz isə yatırıq.

Roma 2023-03-01 11:19:07

Bu qədər ortalığda yeyinti, korrupsiya, Qanun pozuntusu olduğu halda, heç birinin burnu da qanamır, ancaq adi bir "toyuğ oğrusuna" isə 5-10 il iş verilir???Hələ qısa bir müddət sonra əmlakları da geri qaytarılır, üzrxahlığ edilir, "bağışlayın anlaşılmazlığ olub..."...

Son yazılar