“VƏZİYYƏT TƏHLÜKƏLİDİR, MƏĞLUBİYYƏT MÜMKÜNDÜR...” – Solovyovun verilişində isterika (VİDEO)

Ukrayna gücləndikcə, Qərbin silah təminatı artdıqca, Kremlin təbliğatçılarının isterikası da çoxalır.

“AzPolitika.info” xəbər verir ki, Vladimir Solovyovun növbəti verilişində əsas müzakirə mövzusu yenə Ukrayna olub və bu dəfə Kreml təbliğatçıları məyusluqlarını gizlətməyərək, bədbin proqnozlar da veriblər.

Solovyov özü deyib ki, Qərbin Ukraynaya verdiyi silahların gücünü düzgün qiymətləndirmək lazımdır və bu silahlar cəbhədəki Rusiya qoşunlarına ciddi problemlər yaradır. O, həmin silahların nədən hələ cəbhəyə çatmamış məhv edilmədiyini soruşub və buna görə hərbi komandanlığı qınayıb. 

Növbəti dəfə nüvə silahı hədə-qorxularının havada uçuşduğu verilişdə Karen Şahnazarov vəziyyəti nisbətən real qiymətləndirərək, Rusiyanın məğlubiyyətini istisna etmədiyini bildirib: “Bu vəziyyət bizim məğlubiyyətimiz halında doğrudan da ən ağır nəticələrə səbəb ola bilər. Məğlubiyyət isə mümkündür. Mən “Biz qalib gələcəyik” deyənlərlə razı deyiləm. Mən bilmirəm... Ukraynaya və Zelenskiyə ciddi yanaşmaq lazımdır. O, təhlükəlidir! O, sadə deyil. O, enerjilidir və bu məsələdə böyük rol oynayır...”

Şahnazarov Rusiyadakı durumu 1917-ci il inqilabı öncəsi vəziyyətlə müqayisə edib: “Vəziyyət bizim üçün təhlükəlidir... Bəli, cəmiyyət bu gün stabildir. Lakin o, 1916-cı ildə də stabil idi. Amma birdən məlum oldu ki, stabil deyilmiş. Bu, təhlükəli vəziyyətdir...”

Bütün bunlara baxmayaraq, Solovyov yenə Qərbi hədələməkdə davam edib və bildirib ki, “Rusiya Ukraynada dayanmaq fikrində deyil”.


“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2023-03-01 11:24:17

Canlarına birə düşüb bu şərəfsizlərin, kremlin ruporçularının...Belə bir tarixi şansı dünya dövlətləri əldən verməməlidirlər. Rusiyanı çökdürüb, tarixən işğal etdikləri Xalqları, əraziləri azad etmək, rusiyanın özünü də sıravi bir dövlət kimi qəbul etmək lazımdır...

Son yazılar