Baş prokuror Kamran Əliyev yüksəkvəzifəli şəxslərin müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına münasibət bildirib.
"Report"un məlumatına görə, o, bu barədə “Real TV”yə müsahibəsində danışıb.
Kamran Əliyevə ünvanlanan sual zamanı konkret ad çəkilməsə də, Baş prokuror qətiyyətli danışıb. O bildirib ki, bütün bu məsələlər Prokurorluq tərəfindən diqqətlə öyrənilir.
K.Əliyevin sözlərinə görə, bununla bağlı zəruri tədbirlərin görülməsi, yəni, Prokurorluq tərəfindən protestlərin verilməsi nəzərdən keçirilir.
Qeyd edək ki, bəzi sabiq məmurların cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklarının geri qaytarılması cəmiyyətdə müzakirələrə səbəb olub.


Şərhlər
Azərbaycanda qanunlar necə qorunur.Mkəmə,Polis və Prokurorluq qanunları öz kefi ilə nizamlayır.Nə qanuna,nə Konstitusyaya baxırlar.Rüşvət və tapşırıqla qərarlar çıxarıldığının sübuta ehtiyacı qalmır..... nə xalqı,nə milləti düşünən varHamısı bu günlə yaşayır