ABŞ hökuməti, şirkətləri Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara əməl etməyə və bunun üçün öhtəlik götürməyə çağırıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat ayıb. Birləşmiş Ştatlar, xəbərdarlıq edib ki, əks halda bu məhkəmə ilə nəticələnə bilər.
ABŞ –ın Ədliyyə və Ticarət nazirlikləri, habelə Xəzinədarlıq Departamenti bildiriblər ki, bəzi subyektlər 3-cü tərəfin vasitəçiliyi ilə Rusiyaya qarşı sanksiyalardan yayınmağa və ixrac nəzarətindən qaçmağa çalışırlar.
Məlumatda bildirilir ki, Çin, Ermənistan, Türkiyə və Özbəkistan kimi ölkələrdən Rusiya və ya Belarusa qadağan olunmuş malların qaçaqmalçılığı üçün istifadə olunub.
Məlumatda qeyd edir ki, bu cür müəssisələr, Rusiyaya qarşı məhdudiyyətlər və sanksiyalardan yayınmaq üçün hansı taktikalara əl atıldığını bilməlidir. Birləşmiş Ştatlar bunun qarşısını almaq üçün sərt nəzarət tətbiq etməyə çağırıb.
Latviyanın baş naziri Krişjanis Karinş də bildirib ki, Türkiyə, Ermənistan və Qazaxıstandan Rusiyaya qanusuz yolarla mal daşınır. O, bunu martın 3-də Estoniya və Litvalı həmkarları ilə görüşdən sonra bəyan edib.
Qeyd edək ki, ABŞ, Avropa Birliyi və digər tərəfdaş dünya ölkələri Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkənin hüquqi və fiziki şəxslərinə qarşı bir sıra sanksiyalar tətbiq ediblər.
Söhbət Bank hesablarının dondurulması, viza qadağası, hüquqi və fiziki şəxslərin biznes fəaliyyətinin dayandırılması da daxil olmaqla kəskin iqtisadi sanksiyalardan gedir.
“AzPolitika.info”


Şərhlər