MƏĞLUBUN BLEFİ... – Bəs təzminatı kim ödəyəcək, Nikol?

İkinci Qarabağ müharibəsində total məğlubiyyətə uğrayandan və Rusiyanın vasitəçiliyi ilə mahiyət etibarilə kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatını imzalayandan sonrakı dövr ərzində Ermənistanın Baş naziri Nikol Paşinyan o qədər yalan-palan danışıb ki, indi nə danışdığının fərqində deyil və sadəcə, söylədiyi yalanlarla doğruların (az sayda!) hesabını itirib.

44 günlük müharibədən ötən müddət ərzində Ermənistan hökumətinin başçısı davamlı olaraq, Azərbaycanla sülh müqaviləsinin vacibliyindən dəm vürüb, elə o cür israrla da məğlub tərəf olaraq, həmin müqavilnin imzalanmasından yayınıb və nəyə isə ümid bağlayıb. 

Sülh müqaviləsi imzalamaqla, sülhdən danışmağın fərqli anlayışlar olduğunu dərk etmək üçün professor olmağa ehtiyac yoxdur. Nikol da bunu hamıdan yaxşı bilir, amma boş danışıqla sülhdən yayınmaq yolunu tutub. Belədə, düşünmək ehtiyacı yaranır: Sülhün qarşılığı (əksi) nədir? Birmənalıdır - müharibə! 

Deməli, Nikolçik Azərbaycanla sülh yox, müharibə istəyir. Amma Ermənistanın buna gücü yoxdur. Odur ki, Nikol vaxtı uzatmaqla, möcüzəyə ümid bağlayır. Dostları da (İran, Fransa və s.) Nikolu buna ruhlandırır. Belədə, günlərin birində Azərbaycanın səbri tükənəcək və Ermənistanın oyuncaq hökumətinə deyəcək: Müharibə istəyirdin? Al, müharibəni və… dəmir yumruq növbəti dəfə Nikolun boş başına enib, onu parçalayacaq…

Nikol anlayır ki, onun yalan limiti «bezrazmer» deyil və yaxın günlərdə sona çatacaq. Odur ki, bir neçə gün bundan əvvəl növbəti yalanını qırıldadıb və buyurub ki, mən, Azərbaycanla sülh müqaviləsi imzalamaqda qərarlıyam, müqavilə mətnini Bakıya göndərmişəm, bunun bütün məsuliyyətini üzərimə götürürəm, amma bu sənəd kapitulyasiya aktı olmamalıdır və s. 

Belədə, məntiqi sual boy verir: müharibədə tar-mar olmuş tərəfin qaliblə imzalayacağı sənədin adı necə olmalıdır ki?

Gəlin, problemə dərindən nəzər salaq: Azərbaycanla müharibəni kim başladıb? Ermənistan. Azərbaycanın torpaqlarının 20 faizini kim işğal edib? Rusiyanın köməyi ilə Ermənistan. Bu torpaqları 30 il kim işğal altında saxlayıb və təbii resurslarını kim istismar edib? Ermənistan. İşğal altında olan yaşayış məntəqələrini kim yerlə yeksan edib? Ermənistan. İkinci Qarabağ müharibəsində kim məğlub olub? Ermənistan...

Bu müharibədə Azərbaycan Vətən torpaqlarını işğaldan azad edib və bü yolda minlərlə qəhrəman oğullarını itirib. Yeri gəlmişkən, qeyd edim ki, 10 noyabr sənədi imzalandıqdan sonra, elə həmin Paşinyan bəyan etmişdi ki, mən atəşkəs sənədini imzalamasaydım, Azərbaycan ordusu Qarabağda mühasirəyə aldığı 25 minlik Ermənistan hərbçisini məhv edəcəkdi. Belədə, bu, kapitulyasiya deyil, bəs nədir? Bu cür total məğlubiyyətdən sonra, zorən imzalanmış atəşkəs sənədinin adı necə olurmuş?

Nikolun sərsəm bəyanatından belə yanlış nəticə çıxarmaq olar ki, guya Ermənistan bəşəri dəyərlər naminə Azərbaycanla müharibəni dayandırır və sülh müqaviləsi imzalayır! Elə deyil axı. Ermənistan tərəf bəşəri dəyələrə hörmət etsəydi, heç Qarabağ müharibələri omazdı, cavanlarımızı itirməzdik, şəhərlərimiz, kəndlərimz xarabazara çevrilməzdi, təbiətimz «kor qoyulmazdı»…

Paşinyanın son bəyanatından belə anlaşılır ki, Ermənistanın kapitulyasiyadan qaçmaqda xüsusi məqsədi var - Nikol sadəcə, Azərbaycana vurduqları maddi zərərin ödənilməsindən qaçmaq məqsədi güdür, vəssalam. Amma alınmaz! 

Dağıdıcı fəaliyyətinə görə Ermənistan təzminat ödəməlidir və ödəyəcək. Üstəlik də, Nikol hökuməti Azərbaycan xalqına vurduğu mənəvi zərərə görə cavab verməli, külli təzminat ödəməli olacaq. Amma bütün bunlar barədə düşünmək əvəzinə, Nikol hökuməti Azərbaycandan Qarabağ erməniləri üçün təhlükəsizlik təminatı, siyasi status və s. umur. Alınmaz, Nikolçik, alınmaz! Bunun üçün yer qoymamısınız…

Bir də qeyd etmək yerinə düşərdi ki, işğala qədərki dövrdə Azərbaycanda yaşayan ermənilərin həm siyasi statusu, həm də təhlükəsizik təminatı olub. Amma ermənilər bunun əvəzində Azərbaycana qarşı üsyana qalxdılar, başqa sözlə, yaradılmış belə gözəl şəraiti sadəcə, ermənilərin «mədəsi qəbul etmədi». İndi isə gedin, «qazancınızı» hesablayın…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar