Məşhur komediya ustası və aktyor Şahan Gökbakar ötən gün ağır ittihamların ardından yenidən “6-lı masa”ya qayıdan İYİ Partiyanın sədri Meral Akşenerlə bağlı maraqlı paylaşım edib.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ş.Gökbakar “Twitter” hesabından etdiyi paylaşımda Meral Akşenerin qərarlarına istehza edib. Həmçinin bir neçə gün öncə İYİ Partiyadan prezidentliyə namizəd ola biləcəyini açıqlayan hüquqşunas Ersan Şenin taleyi ilə bağlı Akşenerə sual ünvanlayıb.
“Bəs indi Ersan Şenə nə olacaq? Yenidən gəlirsiniz, dərhal bir-birinizi söyməyin. Biri digərinə sıtma (xəstəlik-red.), o biri də buna “AKP ağızlı” dedi. Partiya jurnalistləri və qəzətləri onları () hesabçı və satqın elan etdilər. Münasibətlləriniz mübahisəli boşanma yaşayan cütlüklər kimi olmasın, amma artıq bu səviyyədədir. Xeyirlisi…” - deyə, bildirib.
Xatırladaq ki, İYİ Partiyanın sədri Meral Akşener martın 3-də Kemal Kılıçdaroğlunun namizədliyini qəbul etmədiyini bildirərək ağır ittihamlarla “6-lı masa”nı tərk etdikdən sonra hüquqşunas Ersan Şen İYİ Partiyadan tələb olarsa, prezidentliyə namizəd ola biləcəyini demişdi. Hətta Meral Akşener və Ersan Şen arasında danışıq belə olmuşdu.
Televiziya proqramlarından birinə qonaq olan Şen, reklam fasiləsi zamanı Akşenerin ona zəng edərək, “ciddisən? qapımız açıqdır”- dediyini bildirmişdi
Ötən gün isə Meral Akşener gözlənilmədən “6-lı masa”ya qayıtdığını açıqlayıb.
İYİ Partiyanın yenidən “6-lı masa”ya qayıtmasıyla birlikdə, Ersan Şenin prezidentliyə namizədlik dövrü başlamadan sona çatıb.
“AzPolitika.info”


Şərhlər