Menu

"NATO-ya daxil olduqdan sonra ölkədə nüvə silahı olmayacaq" - İsveç XİN

08.03.2023, 00:09
"NATO-ya daxil olduqdan sonra ölkədə nüvə silahı olmayacaq" - İsveç XİN

NATO-ya daxil olduqdan sonra İsveçin ərazisində nüvə silahı olmayacaq. “Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Tobias Billström bildirib.

XİN rəhbəri, həmçinin sülh dövründə ölkəsinin ərazisində NATO-nun daimi hərbi bazalarının olmayacağını deyib.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edərək, Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib. Bu ölkələrin alyansa qoşulması barədə protokollar təkcə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol