Menu

ABŞ Almaniyanın Çin bazarından çıxmasını istəyir – Əvəzində nə təklif edir?

09.03.2023, 18:07
ABŞ Almaniyanın Çin bazarından çıxmasını istəyir – Əvəzində nə təklif edir?

ABŞ Çinlə qarşıdurmaya qoşulmaq üçün Avropa İttifaqına (Aİ) vergi güzəştləri təklif edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Ağ Ev Aİ-yə mövcud ticarət mübahisələrini həll etməyi təklif edib.

Məsələn, bəzi Avropa ölkələrinə məxsus şirkətlər ABŞ-da ötən il qəbul edilmiş iqlim qanununa əsasən vergi subsidiyaları və təşviqlərdən istifadə etmək hüququ ala bilərlər.

Bunun müqabilində Avropa ölkələrinin, xüsusən Almaniyanın Çin bazarını tərk etməli olduğu vurğulanır. Son illərdə Berlin və Pekin arasında sıx ticarət əlaqələri qurulub.

“Politico” sözgedən təklifin Çinin artan iqtisadi və hərbi gücünə necə cavab veriləcəyi ilə bağlı ABŞ və Avropa ölkələri arasında fikir ayrılıqlarını üzə çıxardığını yazır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol