Menu

Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb

10.03.2023, 15:28
Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb

Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb.

"Report" xəbər verir, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda təşkil olunan brifinqdə deyib.
.
Onun sözlərinə görə, Mingəçevir Su Anbarına axan çayların suları azalıb: "Dövlət tənzimləyici işlərini görür, lakin vətəndaşlarımız da sudan qənaətlə istifadə etməlidirlər".

V. Kərimov vurğulayıb ki, son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir: "Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır".

Şərhlər

Mühəndis 2023-03-11 00:16:45

Bu fəsilə görə azalmadır.iki aydan sonra hər şey öz qaydasına qayıdacaq.belə haldan spekulyasiya ermək əsassızdır.Qar vı buzlar tədricən əriyəcək və normal vəziyyər bərpa olacaqdır.Təşvişə səbəb yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol