Menu

Azərbaycan XİN ABŞ-ın Ermənistandakı səfirinə cavab verib

10.03.2023, 16:42
Azərbaycan XİN ABŞ-ın Ermənistandakı səfirinə cavab verib

“Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə tviyerdə yazıb.

O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür:

“Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsininin yaradılması mütləqdir”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol