TERRORÇU İLƏ İRAN POLİSİNİN İŞBİRLİYİ İFŞA OLDU – Tehrandakı səfirliyimizə hücumla bağlı yeni görüntülər... + VİDEO

Azərbaycan səfirliyinə qarşı terror aktının molla rejimi tərəfindən törədilməsinə dair yeni görüntülər yayılıb.

“AzPolitika.info” xəbər verir ki, “Azad İran” “telegram” kanalında paylaşılan videoda Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən terrorçunun istifadə etdiyi “Kalaşnikov” markalı avtomatının güllələri bitdikdən sonra İran polisinə silahı götürmələri üçün işarə verdiyi görünür.

Paylaşılan kadrlarda polis əməkdaşlarının terrorçudan bir qədər aralıda olduğu və baş verənləri kənardan izləyərək, qəsdən müdaxilə etmədiyi aydın şəkildə əks olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını isə yaralayıb.

Qeyd edək ki, İran tərəfi bütün bunların şəxsi münasibətlər zəmnində baş verdiyini desə də, Azərbaycan bununla razılaşmayıb və hadisəni terror aktı adlandırıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar