İŞĞALÇININ “SÜLHÜ” VƏ “MƏRAMI”... – Rusiya Qarabağda sülhməramlı adına layiq olmadığını növbəti dəfə göstərdi

Azərbaycan Müdafiə Nazirliyinin bugünkü bəyanatı və yayımlanan kadrlar bir daha sübut edir ki, Putin Rusiyası ancaq işğalçı statusu daşıya bilər və “sülhməramlı”, “vasitəçi” kimi anlayışlar onun nə imperiyaçı mahiyyətinə, nə xarici siyasət fəlsəfəsinə, nə də ümumi əxlaq, mədəniyyət, mentalitet və s. prinsiplərinə qətiyyən uyğun deyil...

Çətin ki, dünya siyasi tarixində hansısa gerçək sülhməramlı missiyanın tərəflərdən birinin, özü də tamamilə qanunsuz, beynəlxalq hüququn tanımadığı, separatçı, quldur bir qurumun silah-sursat təminatında iştirakına dair fakt tapılsın. Qarbağda “ilana zəhər verən kərtənkələ” rolunu oynayan Rusiya hərbi kontingentinin erməni hərbi birləşmələrinə gedən silah-sursatı və canlı qüvvəni müşayiət etməsinə dair son kadrlar isə əyani olaraq sübut edir ki, bu qanunsuz silahlı birləşmələr faktiki olaraq, Rusiya ordusunun ərazimizə soxulmuş uzantısıdır!

Adından göründüyü kimi, sülhü, ədaləti qorumalı olan hərbi kontingent faktiki olaraq, işğalçı erməni ordusunu və separatçıların quldur dəstələrini qoruyur, himayə edir. Niyə? Çünkli özü də mahiyyət etibarilə onlarla eynidir - İŞĞALÇIDIR!

Artıq siyasətdən dərin anlayışı olmayanlara belə gün kimi aydındır ki, əvvəlcə 2020-ci ilin sentyabrında başlayan savaşımızı məntiqi sonluğa çatmağa qoymayaraq, ərazimizə “sülhməramlı” adıyla soxulan, savaşdan sonra isə danışıqlara, sülh prosesinə hər cür şeytani yollarla badalaq vuran Rusiyadakı hakim imperiyaçı düşüncənin məqsədi Qarabağı münaqişə ocağı kimi konservləşdirmək, sonraya, özü üçün daha uyğun vaxta saxlamaq, ona lazım olanda isə “qapağı açıb”, ətrafa üfunət yaymaq və yenə Qafqazdakı xalqları düşmənçiliklə, ədavətlə, nifrətlə zəhərləməkdir...

Təəssüf ki, bütün bunları bilə-bilə yenə Rusiyanın buradakı “fironluğuna” dözməyimiz bir yana, heç olmasa, hər şeyi öz adıyla çağırmağı belə özümüzə qəbul etdirə bilmirik. Bu gün bizimlə eyni aqibəti yaşayan Moldova da, Gürcüstan da, ərazisinə “sülhməramlı” adıyla soxulan Rusiya qoşununu haqlı olaraq, işğalçı adlandırır. Hələ Ukraynanı demirik. Nəhayət, bütün sivil dünya Ukraynadakı hərbi cinayətlərə, açıq işğal aktına görə bunlara işğalçı damğası vurduğu halda, biz yenə “sülhməramlı” deyib, tutmuşuq. Elə ona görə də lavrovlar özlərini buraların ağası kimi aparır, Kreml təbliğatçıları hər imkan düşəndə üzərimizə çirkab atır, təhqir və təhdid yağdırır. Yəni, onları açıq-aşkar işğalçı adlandıranlarla, “sülhməramlı” adlandıranın arasında fərq qoymur!

Niyə bunları öz adıyla çağırmırıq axı? İşğalçıdan sülhməramlı olar?!

Onu da unutmayaq ki, Kremlin Ukrayna işğalından öncə bizə tələm-tələsik dürtüşdürdüyü “Azərbaycanla strateji tərəfdaşlıq” sənədi var. Budurmu tərəfdaşlıq? Deməli, Rusiyanın anlayışında strateji tərəfdaşlıq, “tərəfdaş” adlandırdığı ölkədəki terrorçu, separatçı qurumu silahlandırmaq, quldur dəstələrinin təhlükəsizliyini təmin etməkdən ibarətdir?

Görəsən, bizdəki ağzı köpüklənə-köpüklənə Rusiyanı, Putini müdafiə edən, zorla Azərbaycanı bu çirkin imperiyanın qanadı altına dürtməyə çalışan “rusbaşlar” buna nə deyəcəklər? Rusiya daha nə etməlidir ki, bunların gözləri açılsın, özlərinin içində “sala” ilə yağlanmış beyin olan başlarını Azərbaycanın milli maraqlarının ziyanına işləyən layihələrə soxmasınlar, Azərbaycana qarşı açılan informasiya savaşında alətə, maşaya çevrilməsinlər?...

Nəhayət, unutmayaq ki, bir məmləkətin cəmiyyəti necədirsə, ordusu da elədir. Məhz “biz üstünük, ətrafdakılar isə ikinci sortdur”, “hamı bizdən qorxmalıdır”, “ətraf düşmənlərlə doludur” və s. bu kimi şizofrenik yanaşmasının nəticəsidir ki, indi bütün keçmiş SSRİ xalqları Rusiya ilə məsafə saxlamağa çalışır. Heç bir ingilis “qeyri-ingilis”, heç bir fransız “qeyri-fransız”, heç bir türk “qeyri-türk” kimi anlayışlardan istifadə etmir. Rusiya cəmiyyətində isə bütün sivil, sülhsevər xalqlardan fərqli olaraq, “ne russki” anlayışı, ifadəsi var ki, bunun da kimlərə qarşı və necə istifadə edildiyini hamı yaxşı bilir. Rusiyada bir azərbaycanlı, yaxud hansısa digər bir qafqazlı cinayət törədirsə, həmin hadisə ilə bağlı xəbərlərdə mütləq cinayətkarın milliyyəti qeyd olunur. Onu yüksək vəzifəli polisin, hətta nazirin qarşısına qolu qandallı şəkildə gətirib təhqir edirlər, bunu videoya çəkib, bütün Rusiyaya nümayiş etdirirlər, mütləq milliyyətini qabardırlar və bununla qeyri-ruslara qarşı nifrəti daha da artrırırlar. Lakin həmin “ne russki” olimpiya çempionu, dünya çempionu və s. olanda, Rusiyanın bayrağını qaldıranda, elmi kəşf edəndə, beynəlxalq mükafat, ad alanda onun milliyyətini “unudurlar”, hansı xalqdan olduğunu demirlər və utanmadan əda ilə “rusiyalı idmançımız, alimimiz, bəstəkarımız” və sair deyillər. Yəni, bunların tipi budur və heç zaman da dəyişən deyillər.

Odur ki, yüz gün özlərinə “sülhməramlı”, “vasitəçi”, “tərəfdaş” və özündə humanizm prinsipləri daşıyan digər adlar qoysalar da, xeyri yoxdur. Yeri gəlmişkən, “İtin quyruğunu kəsməklə, çevrilib qoyun olmur”, - deyə, köhnə bir atalar sözü var...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

ƏNHU 2023-03-12 22:22:38

Ey III şəxsin cəmi ilə danışmağa məcbur olan hörmətli və möhtərəm Cəlal bəy, sətirləriniz yazdıqlarınızdan çox, yazmadıqlarınızı əks etdirir. Daxiliniz həqiqət və qəzəblə doludur. ALAHIN hökmünü gözləyin. Başqa çarə olmayacaq.....

Turan 2023-03-12 17:21:37

ABŞ buna görə ilanı baçından əzmək istəyir

Bəhrami 2023-03-12 14:13:07

Aparıcı və obyektiv siyasi dünya aydın görür ki, Azərbaycanın 36 illik işğalı digər hər hansı rus, ABŞ, heç Ermənisan vətəndaşının marağında deyil, əksinə hamıya zərər cinayətdir? Ancaq, istər Kreml, istərsə də Ağ evə təsir edən mafioz-lobbi, ya digər kölgələr var ki, elə Ukrayna müharibəsini də *uzadır*lar?

BOZQURD 2023-03-12 12:43:07

HALALDIR CƏLAL!❤

dadaşyev 2023-03-12 00:18:35

Qəşşəəəng!!!Sağ ol,ay Cəlal.

Son yazılar