Menu

“Cəsədləri yığmaq üçün 2-3 min dollar ödəyirlər” – Orta Asiyadan olan miqrantlar Donbasda “işə” dəvət edilir

13.03.2023, 13:52
“Cəsədləri yığmaq üçün 2-3 min dollar ödəyirlər” – Orta Asiyadan olan miqrantlar Donbasda “işə” dəvət edilir

“Orta Asiyadan olan yüzlərlə miqrant Rusiya firmaları tərəfindən Ukraynanın işğal olunumuş ərazilərində işə cəlb olunublar, o cümlədən Rusiya əsgərlərinin cəsədlərinin yığılması işinə”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Azadlıq radisosu”nun Ukrayna bürosu məlumat yayıb.

Məlumatda deyilir ki, Orta Asiya respublikaları hökumətləri öz vətəndaşlarına sözügedən ərazilərdə işləməyi qadağan etsələr də, çoxları buna məhəl qoymur. Ukrayna hakimiyyəti isə bəyan edib ki, işğal olunan ərazilərdə Rusiyanın sifarişi ilə işləyən xarici ölkə vətəndaşlarına “işğalçıların əlaltıları” kimi baxacaqlar, bu isə konkret cinayət məsuliyyəti yaradır.

Xəbərdə qeyd olunur ki, miqrantlar işğal olunmuş ərazilərdə, məsələn Mariupolda əsasən tikinti işlərinə, Donetsk və Luqanskda isə səngər qazmağa, yaxud döyüş meydanında qalmış rusiyalı hərbçilərin cəsədlərinin toplanması və daşınması işinə cəlb olunurlar: “Bunun üçün onlara işin çətinliyi və təhlükəliliyi dərəcəsindən asılı olaraq, 2000-3300 ABŞ dolları aylıq əmək haqqı ödəyirlər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol