Kaliforniya ştatının San Dieqo şəhərindəki hərbi dəniz bazasında ABŞ Prezidenti Co Bayden, Avstraliyanın Baş naziri Entoni Albanese və Böyük Britaniyanın Baş naziri Rişi Sunak nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşası ilə bağlı üçtərəfli əməkdaşlıq haqqında saziş imzalayıblar.
“AzPolitika.info” xəbər verir ki, məraismdə çıxış edən Bayden bu layihəni Amerikanın ən etibarlı müttəfiqləri ilə Hind-Sakit okeanındakı birgə fəaliyyətinə dair öhdəliyinin bir hissəsi adlandırıb.
Baş nazir Sunak isə bildirib: "Bu, ilk dəfə Atlantik və Sakit okeanda birlikdə hərəkət edən üç sualtı donanmanın okeanlarımızın azadlığını təmin edəcəyi anlamına gələcək".
Müqavilə ABŞ-ın Avstraliyanı nüvə elektrik stansiyaları olan üç hücum sualtı qayığı ilə təmin etməsini nəzərdə tutur. Onlar növbəti onillik əvvəlində “General Dynamics” korporasiyası tərəfindən tikiləcək. Avstraliya bu sualtı qayıqlardan daha ikisini almaq imkanı əldə edəcək.
Böyük Britaniya və Avstraliya həmçinin ən son Amerika texnologiyalarının köməyi ilə öz ehtiyacları üçün yeni AUKUS sinfinə aid sualtı qayıqların tikintisinə başlayacaqlar.
Tikinti işlərini “BAE Systems” və “Rolls-Royce” həyata keçirəcək. Avstraliya Müdafiə Nazirliyinin sözçüsü2055-ci ilə qədər bu layihənin maliyyələşdirilməsinə 245 milyard dollar xərclənəcəyini açıqlayıb.
Bu müqaviləyə əsasən, ABŞ 1950-ci illərdən bəri ilk dəfə olaraq sualtı qayıqlar üçün nüvə mühərriklərinin yaradılması texnologiyasından istifadə edəcək.
“AzPolitika.info”


Şərhlər