ERMƏNİLƏR YENİ SƏNGƏRLƏR QAZIR... - Paşinyan da müharibədən danışdı + VİDEO

Ermənistanın ikinci və üçüncü müdafiə xəttlərini gücləndirmək üçün yeni səngərlər qazdığı məlum olub.

"AzPolitika.info" xəbər verir ki, səngərin qazılması ilə bağlı görüntülər Ermənistanın VOMA terror təşkilatının Teleqram kanalında yayımlanıb.

Paylaşımda qeyd edilir ki, müxtəlif istiqamətlərdə 25 atəş nöqtəsi inşa olunub. Daha 25-nin  tikintisi isə davam etdirilir.

Qeyd edək  ki, Ermənistanın marionetka Baş naziri Nikol Paşinyan da bu gün mətbuat konfransında Azərbaycanla yeni müharibə ehtimalının yüksək olduğunu bəyan edib. 

Düzdür, Paşinyanı həm Ermənistan sərhədi boyunca, həm də Qarabağda eskalasiyanın mümkünlüyünü Azərbaycanla bağlamağa cəhd edib. 

"Bunu Bakının getdikcə artan aqressiv ritorikası sübut edir və bəzi başqa məlumatlar da var" - deyə,  Paşinyan bildirib. 

Ancaq bu "demolkat" sadə bir suala cavab vermir: Ermənistan müharibə istəmirsə, niyə müxtəlif bəhanələrlə Azərbaycanla sülh müqaviləsi imzalamaqdan qaçır?

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2023-03-14 21:55:31

Nəhayət,Putin istədiyinə nail oldu.Müharibə bitmədsi.Azərbaycanda müharibə əlillərinə və şəhid ailələrinə göstərilən ögey münasibət vətənpərvərliyi azaltdı.Fərarilərə vəzifə və mənzillər şəhərin içərisində,həm də lüks tikilmiş binalarda verildiyi halda müh.əlilləri və şəhid ailələrinə ucqarlarda və primitiv layihə əsasında tikilən mənzillər,həm də rüşvətlə verilməyə başladı.Pulun yoxsa ƏƏSM nazirliyi səni süründürməçiliyə salır,mənzil vermir.Bu dəfə vəziyyət necə olacaq?Müharibədən zərər çəkənləri hə vaxta kimi erməni ilə bulaşıq Sahil Babayevin ümidinə qoyacaqlar?

Roma 2023-03-14 18:10:09

erməniləri gözdən qoymamalıyıq, iran və rusiya da onlara hərtərəfli dəstək verir, öz içimizdə də müəyyən satqın, şərəfsiz, xainlərimiz var...

Son yazılar