Türkiyədə baş verən şiddətli zəlzələlər nəticəsində dağılan binaların podratçılarının həbsi davam edir.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə Adıyamandakı binalardan birinin podratçısı olan şəxs həbs edilib.
Adı açıqlanmayan şəxsin Vandakı Kapıköy sərhəd-buraxılış məntəqəsindən keçmək istəyərkən saxlanıldığı bildirilib.
Onun İrana qaçmaq üçün Kapıköy sərhəd-buraxılış məntəqəsinə gəldiyi qeyd olunub.
“AzPolitika.info”


Şərhlər