Menu

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib

15.03.2023, 20:20
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir: "Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək".

Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:

1.Xarici pasport;

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

4.Sağlamlıq haqqında arayış.

Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Şərhlər

Məhəmməd 2023-03-16 04:52:25

Olmaz ki, bu əmliyyat Azərbaycan dövlət qurumu vasitəsilə həyata keçirilsin?Bu biabırçılığın qarşısını dövlət niyə almıır? 5750 dollara nə daxildir?Təyyarə bileti olson iki tərəfə 400-500 dolları otel olsun 15x 50=750 dollar.qalan 4500 dollara nəyin daxil olduğnu kim açıqlayar? Bu qiymət QMİ-nin fırıldağı sayılmırmı? Bu qurum kimə və nəyə xidmət edir?Niyə dövlət vətəndaşlarına qarşı belə soyğunçuluğa biganə yanaşır?

Roma 2023-03-15 20:33:38

5750$ x 1.7= 9775 manat...deməli 1 adamın həcc ziyarəti bu məbləği təşkil edir...nə isə bu preyskurantla ziyarət həddindən artıq bahadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol